Bakıda ölümlə nəticələnən avtomobil qəzası baz verib

img

09-09-2010 [11:05]


Ötən gecə paytaxtın Xətai rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Yusif Səfərov küçəsində qeydə alınan qəza zamanı 32 yaşlı Əzizli Vüqar Tariyel oğlunun idarə etdiyi ?Honda? markalı avtomaşın idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Qəzada sürücünün aldığı xəsarətlər ağır olduğundan o, hadisə yerinə çağrılmış təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin meydana gəlmə səbəbləri Xətai rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır. Toplanmış materiallar və ilkin subutların məhkəmə tibbi ilə avtotexniki ekspertizasına göndəriləcəyini deyən Xətai RPİ-nin müstəntiqi Elmar Quliyev, hadisəyə səbəb kimi yüksək sürəti göstərib. Qeyd edək ki, qəza zamanı zərbənin gücündən avtomobil yol kənarındakı iki ağacı da kökündən çıxarıb. Qəza vaxtı maşın ərazidə yerləşən 27 saylı orta ümumtəhsil məktəbinin divarına çırpıldığından, burada da qəzanın izlərini görmək mümkündür. Faktla bağlı Xətai rayon polis idarəsində cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA