Kollecdə həmrəylik günü və yeni il şənliyi - FOTOLAR

img

01-01-2018 [13:39]


Bakı Biznes və Kooperasiya Kollecində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə "Ən Yeni İl" adlı bayram tədbiri keçirilib. 

Mia.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. 

Daha sonra "Buta" ritm qrupu və "Atəşgah" rəqs ansamblının ifasında rəqslər və möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib. Şou-biznesin tanınmış simaları öz çıxışları ilə tədbirə rəngarənglik qatıblar. 

Müğənnilərdən Sabina Babayeva, Lətifə Soyuöz, Zenfira İbrahimova, Elçin Məhərrəmov, Sami Oruc, Mələk Məmmədov, Qismət qrupu, Aqşin Ferat, Aqşin Ferat, Arif Səlimov, Rüstəm Yağmur, reperlərdən Ramil Nabran, Nadeer, Ziko ZS, rəqqasə Vəfa, kollecin tələbələrdən ibarət "İmperator" rəqs qrupu və başqaları maraqlı ifaları ilə tamaşaçıların zövqünü oxşayıb. 

Sonda Dj Freenin iştirakı ilə tələbələr üçün canlı disko şou təşkil edilib.







Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR