Prezident birinci instansiya məhkəmələrinin bir sıra hakimlərini və sədrlərini təyin edib

img

07-09-2010 [11:22]


Prezident İlham Əliyev birinci instansiya məhkəmələrinin bir sıra hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. MIA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: ?Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə ?Məhkəmələr və hakimlər haqqında? Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram: 1. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər: Abbasov Qurban Rəşid oğlu - 1 saylı Bakı yerli iqtisad məhkəməsinin hakimi Abdullayev Vəli Əsgər oğlu - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Allahverdiyeva Ramella Allahverdi qızı - Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ataşova Raziya Hüseyn qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Həsənov Allahverən Məhərrəm oğlu - Şuşa Rayon Məhkəməsinin hakimi Hüseynov Müseyib Abbas oğlu - 1 saylı Bakı yerli iqtisad məhkəməsinin hakimi Hüseynov Salman Bilal oğlu Gəncə Hərbi Məhkəməsinin hakimi Hüseynov Zeyqəm Hüseyn oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi 2. Abdullayev Vəli Əsgər oğlu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilsin. 3. Hüseynov Müseyib Abbas oğlu 1 saylı Bakı yerli iqtisad məhkəməsinin sədri təyin edilsin. 4. Hüseynov Zeyqəm Hüseyn oğlu Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA