15 saylı cəzaçəkmə müəssisəsinə şorun içərisində psixotrop maddə keçirmək istəyiblər - Əməliyyat + FOTO

img

21-12-2017 [19:40]


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Mia.az xəbər verir ki, bu barədə Ədliyyə Naziriyinin Pentensiar Xidməti açıqlama yayıb.

Bildirilib ki, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov Vüsal Əlövsət oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu Qaniyev Bayram Məmmədağa oğlunun gətirdiyi sovqata baxış keçirilib: "Bu zaman 400 qr həcmində üzərində "İvanovka şor” yazılmış plastik qabda olan şorun içərisinə tramodol preparatının qatışdırılması müəyyən edilib".

Məlumata görə, faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:13 07.09.2025

Sabah yağış yağacaq