Bakıda ər arvadının boğazını kəsərək qaçdı - Polis tutdu

img

20-12-2017 [10:24]


Bakıda qətl törədilib.

Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 124, ev 61 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib.

Qadın hadisə yerində keçinib. R.Çəltikov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir. 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

*** 

Bakıda arvadını qətlə yetirərək hadisə yerindən qaçan şəxs ölkə ərazisini tərk etmək istəyərkən tutulub. Binəqədi rayon Polis İdarəsindən apa-a verilən məlumata görə, Rasim Çəltikov Rusiyaya qaçmaq istəyərkən tutularaq istintaqa təhvil verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:13 07.09.2025

Sabah yağış yağacaq