Röyanın şəriki azadlığa buraxıldı

img

15-12-2017 [15:07]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən biznes ortağı Səbinə Hüseynovaya hökm oxunub.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə S.Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

S.Hüseynova İlqar Babayevdən 86 min dollar alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. İstintaq dövründə həbs edilmədiyi üçün azadlıqda qalıb. Lakin məhkəmə proseslərinə gəlmədiyi üçün dekabrın 1-də barəsində həbs-qətimkan tədbiri seçilib və polis əməkdaşları tərəfindən həbs edilib.

R.Ayxan bir neçə il bundan əvvəl dizayner S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub.

Xatırladaq ki, Səbinə Hüseynova 1990-cı illərin sonlarında bir neçə porno filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılmışdı/qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR