DiN Məscidə silahlı basqınla bağlı məlumat yaydı

img

03-09-2010 [01:07]


Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb. DİN mətbuat xidmətinindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran şəhərinin Qumbaşı kəndi ərazisində, "VAZ-2107" markalı avtomaşında olan naməlum şəxslər odlu silahdan atəş açaraq kənd sakinləri Elşən Hüseynovu qətlə yetirmiş, Ramin Ağamoğlanova isə xəsarət yetiriblər. R.Ağamoğlanov xəstəxanaya yerləşdirilib. Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Masallı rayon sakinləri Emil Bağırov və Ramil Hümmətov tutulmuş, digərlərinin də tutulması üçün ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA