Şabranda ev yandı, bir yazlı uzaq külə döndü

img

02-09-2010 [11:48]


Şabran rayonunda faciə ilə nəticələnən yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən MİA-ya verilən məlumata görə, Şabran rayonu, Başəmirxanlı kəndində (rayon mərkəzindən 15km aralı) qonşuluqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 128kv.m. olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 160kv.m. olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 84kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiayaları və içərisində olan 12 ton ot bağlaması, ümumi sahəsi 64kv.m. olan tövlənin yanar konstruksiyaları içərisindəki 3 ton ot bağlaması ilə birlikdə və həyətdə 15 ton ot tayası yanıb. Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Yaxınlıqdakı digər köməkçi tikililər və evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı 2009-cu il təvəllüdlü Paşayev Heydər Qəhrəman oğlunun cəsədi aşkarlanıb. Yanğının səbəbi araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA