Qəbələdə ər-arvad dağdan yıxılaraq ölüb

img

31-08-2010 [12:14]


Dünən axşam Qəbələ rayonu, Durca kəndində faciə baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2 nəfərin dərəyə düşməsi barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Durca kəndi ərazisində yerləşən şəlalənin 30-40 metr hündürlüyündən dərəyə düşmüş 1971-ci il təvəllüdlü Əliyev Emin Ramiz oğlu və 1976-cı il təvəllüdlü Əliyeva Şəhla Qərib qızı heç bir çağırışa cavab vermirlər. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dərəyə enərkən həmin şəxslərin öldüyünü müəyyənləşdiriblər. Daha sonra cəsədlər xüsusi texnika vasitəsilə dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA