Məşhur repçinin rüsvayçı videosu yayıldı: "Həmin görüntüləri düzüb-qoşanlar..."

img

27-11-2017 [15:28]


Məşhur repçi Anar Nağılbazın porno görüntüləri yayılıb.

"Ölkə.Az" xəbər verir ki, yayılan videoda reperlə yanaşı bir gənc xanım da yer alır. Əməkdaşımız sözügedən görüntülərlə bağlı repçinin özü ilə əlaqə saxlayıb. O, bunun keçmiş həyat yoldaşı tərəfindən edildiyini iddia edib:

"Sabah klip təqdimatımız olacaq. Həmin təqdimatda bununla bağlı da təfərrüatlı açıqlamalar veriləcək. Amma deyə bilərəm ki, bu iş yüz faiz keçmiş həyat yoldaşımla bağlıdır. Həmin görüntüləri düzüb-qoşanlar məhkəmə qarşısına çıxarılacaqlar. Deyə bilərəm ki, çox peşəkar, fabrikləşdirilmiş iş görüblər. Oradakı səslər də montajdır".

Qeyd edək ki, bu yaxınlarda Anar Nağılbazın keçmiş həyat yoldaşı mətbuata açıqlamasında repçinin övladlarına baxmadığını, aliment ödəmədiyini söyləyib. Nağılbaz isə qarşı tərəfə cavab olaraq bunları bildirib:

"Uşaqlarıma lazımi səviyyədə baxıram. Ona verdiyim pulları bahalı butiklərə xərcləməkdənsə, uşaqlara xərcləsin".



Digər xəbərlər
SON XƏBƏRLƏR