Yevlaxda 2 nəfər avtomobildə yanaraq öldü

img

30-08-2010 [02:22]


Yevlax rayonunda ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 297-ci kilometrliyində qeydə alınıb. "BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə, avtomobilin yanar hissələri yanıb, avtomobildə olan 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Daxili İşlər Nazirliyi isə qəza zamanı ölən şəxslərin adlarını açıqlayıb. Onlar Nicat Ələkbərzadə və Rəqib Babayevdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA