Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə xitam verdiyi hakimlər bəlli oldu (siyahı)

img

30-08-2010 [11:36]


Məhkəmə-Hüquq Şurası fəaliyyətlərində qanunvericiliyin tələblərini pozan, vətəndaşların haqlı narazılıqlarına səbəb olan süründürməçilik və digər neqativ hallara yol verən, buna görə, səlahiyyətlərinə xitam verilən 5 hakimin adını açıqlayıb. Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, fəaliyyəti qeyri-məqbul hesab edilən və səlahiyyətlərinə xitam verilən hakimlərin siyahısı aşağıdakı kimidir. 1. Atakişiyev Şahin Əliseyran oğlu - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi 2. Quliyev Ələkbər Hüsü oğlu - Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi 3. Məmmədov Cavanşir Yusif oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi 4. Şükürov Bəhram Adil oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi 5. Hüseynova Mayisə Əliş qızı - Şuşa Rayon Məhkəməsinin hakimi

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA