22-11-2017 [11:35]
Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır.
Bu barədə fikirlərini Mia.az-la bölüşən iqtisadçı Vüqar Bayramov bildirib ki, yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib:
"Rusiyada rubl hələlik dollar təzyiqlərinə davam gətirsə də, son 1 ayda rus pulunun kursu dollara nisbətən 4 faizə yaxın geriləyib. Digər qonşumuz, Gürcüstanda isə lari qeyd edilən dövrdə 3 faizə yaxın dəyərsizləşib. Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dəyişməsi manata birbaşa olmasa da, dolayı təsir edir.
Söhbət həm iqtisadi və həm də psixoloji təsirlərdən gedir. Belə ki, bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycan Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rusiya ilə ticarət dövriyyəmiz 2.05 milyard dollardır. Bu isə o deməkdir ki, sözügedən iki ölkə Azərbaycanın xarici ticarət dövriyyəsinin ¼-ni formalaşdırırlar. Bu isə kifayət qədər ciddi rəqəmdir”.
V.Bayramov deyib ki, qonşularımızda milli valyutaların dəyərsizləşməsi prosesi davam edərsə, bu, həmin ölkələrlə qeyri-neft ixracatımıza təsirsiz ötüşməyəcək:
"Çünki həmin ölkələrdə idxal məhsullarının bahalaşması müşahidə ediləcək ki, bu da qeyri-neft məhsullarımızın sözügedən dövlətlərin bazarlarında rəqabət imkanlarını məhdudlaşdıra bilər. Bütün bunlar fonunda öncədən də proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artacağı gözlənilir. Bu dövlət və yerli müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması o cümlədən FED-in qərarı kimi xarici faktorlar ilə əlaqədardır. Buna görə də, qonşu ölkələrdə milli valyutalara olan təzyiq və dekabrda gözlənilən tələb artımı kontekstində Azərbaycan Mərkəzi Bank növbəti aya indidən hazırlaşmalıdır”.
Zaqatalada institutda kütləvi zəhərlənənlər olub
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi