12-11-2017 [18:54]
Binəqədi rayonu ərazisində yerləşən, Bakı metrosunun "Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işləri hər kəsi qorxuya salıb. Buna səbəb isə tikinti proseslərinin metronun üzərində aparılmasıdır.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, problem təkcə tikintinin təhlükəli yerdə aparılması deyil, həm də ərazidəki parkın zəbt edilməsidir.
Adıçəkilən ərazidə yerləşən park hər günü daha da çox balacalaşır, bərbad hala salınır, zəbt edilir. İlk olaraq parkın bir hissəsi zəbt edilərək ticarət mərkəzi tikildi. Bunun ardından parkın digər tərəfi öncə hasara alındı, sonra ağaclar kəsildi və daha bir tikinti prosesi başladı. Bu bina isə düz metronun üzərində tikilir.
İndi isə parkın ərazisində 2 bina daha tikilir. Hər ikisi də yaşayış binası olacaq. Əraziyə üstdən baxdıqda şirəyə daraşmış qarışqa görüntüsü yaranır. Hərə bir yandan parkın bir tərəfini qopartmağa çalışır.
Bu qədər tikinti ilə yanaşı park özü də bərbad hala düşüb. Ərazidə zibil qutuları yerinə özü zibilləyə atılmalı olan dəmir yağ qutuları istifadə edilir. Oturacaqların bəziləri qırılıb, bəziləri isə ümumiyyətlə yoxa çıxıb. Parkın içində hərəkət edən zaman yolların sonu dəmir hasarlara çıxır. Çünki hər tərəf zəbt edilib.
Sakinlər deyirlər ki, parkdan artıq əsər-əlamət qalmayıb.
Cəmilə Dadaşova adlı Binəqədi sakini deyir ki, ərazidə uşaqları gəzdirəcək yer qalmayıb: "Yer hər günü daha da aşağı çökür. Hər tərəfdə tikinti gedir. Bir dənə normal oturacaq qalmayıb. Ərazi təmizlənmir, hər tərəf tökülüb-dağılır. Bunu da qəsdən edirlər. İstəyirlər ki, ərazi tam yararsız olsun, rahatlıqla məhv edə bilsinlər".
Əlövsət Vəliyev adlı Binəqədi sakininin sözlərinə görə, vaxtı ilə ərazi hasara alınanda təmir ediləcəyi deyilib: "Burada bir dəfə partlayış oldu, hər şey də ondan sonra başladı. Əvvəlcə parkın sağ tərəfi hasarlandı. Dedilər ki, təmir edirlər. Sevindik ki, gözəl parkımız olacaq. Sonra gördük ki, hasara alınan yerlərdə ağaclar kəsilir. Anladıq ki, park düzəldən ağac kəsməz. Beləcə proses başladı. Parkın hər yerində tikinti gedir. Ağac kəsilir, yerini beton əvəzləyir. Ərazidə onlarla yaşayış binası var. Heç birinin normal parkı yoxdur. Hamı uşağını bura gətirirdi. Yayda metrodan çıxanda 10-15 dəqiqə oturacaqda otururduq. İndi bu şeylər mümkün deyil. Binəqədidə belə şeylər həmişə olur. Rayonda yaşıllıq qalmayıb. Hər yeri satırlar. Ölkədə bu icralara nəzarət edəcək bir qurum yoxdur?
Necə istəsələr elə də hərəkət edirlər. Heç kim bunlardan soruşmur ki, "Ay məmur, parkı necə satırsan? Niyə satırsan? Hansı qanunla?" Belə getsə, metrodan çıxanda kiminsə evinə girməli olacağıq".
Qeyd edək ki, bu park haqqında bir neçə dəfə yazı dərc etmişik. Hər dəfə ərazidə olduğumuz zaman yeni bir tikintinin olduğunu görürük. Ərazi tort kimi bölünüb, hissə-hissə satılır. Bütün bu tikintilərə icazəni Binəqədi rayon icra hakimiyyəti verir. Necə, nə üçün, hansı əsasla?
Təbii ki, bu suallara cavab tapmaq maraqlı olardı.
Amma Binəqədi İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədik.
Məhəmməd Türkmən
Musavat.com
Fotolar müəllifindir
Sumqayıtda qaziləri aldadan şəxs qandallandı
"Sədərək"in sahibinin oğlunun evində nə baş verib? - 803 minlik qalmaqalla bağlı yeni xəbər var
Aygün Bəylərin bacısı: “Ləmanın üzr videosunu mənə göndərdilər” - "Bu cür insanlara baş qoşmuruq"
İlham Əliyev Bolqarıstan Prezidenti birgə bəyanat verdi, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI
“Müsavat Partiyası heç vaxt hakimiyyətlə..." - İsa Qəmbər iqtidarla gizli mandat bazarlığına gedib?
Azərbaycan Premyer Liqası: növbəti turun təqvimi açıqlanıb
Prezident İlham Əliyev sərəncam imzalayıb - TƏLTİF
TƏBİB-in hüquq departamentinin rəhbəri təyin edilib
Bolqarıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Şəhid Habil İsmayılov Lənkəranda dəfn olunub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
Türkiyə META-nı cərimələdi - 1,2 milyard
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO
Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"
Paşinyan Moskvaya gedib - Putinlə görüş olacaq
Baham adaları Fələstini dövlət kimi tanıyıb - Bəyanat
"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur" - Rasim Balayev
Prokurorluq protest verdi, Ali Məhkəımə rədd elədi - General və sabiq rəislərin cinayət işi üzrə daha bir qərar verildi
Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə
Məhkəmə Anar Məmmədli barədə daha bir qərar verdi
İsrail ordusu Livana daha 18 zərbə endirib
Sabahın hava proqnozu açıqlandı
Misirlə sərhəddə savaş: 35 fələstinli öldürülüb
Növbədənkənar parlament seçkiləri: AXCP, Müsavat... - Hansı partiyalar iştirak edəcək? (AÇIQLAMALAR)
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb
DİM sədrindən imtahanlarla bağlı açıqlama: "Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək"
Milli Məclis özünü nə vaxt buraxacaq? - Yeni iddia yayıldı
Partiya qərargahı atəşə tutulub
Nəsimi rayonunda futbol turniri keçirilib - FOTOLAR
Türkiyədə başsız meyit tapılıb - Kəllə hələ də axtarılır (FOTO)
Masallıda əməliyyat: saxlanılanlar var - FOTO
ABŞ-dan bir ilk - İsrailə bomba göndərilməsi təxirə salınıb
Ankarada daha 15 FETÖ üzvü saxlanılıb
Qəzzada savaş qızışıb: İsrail hərbçiləri bələdiyyə binasına od vurub, HAMAS yaraqlıları isə...
“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik" - Elçin Əmirbəyov
"Beşiktaş"dan Di Maria ilə bağlı açıqlama: "Gündəmimizdə deyil"
Şirvanda vətəndaşları aldadan şəxs tutulub - Açıqlama (FOTO)
Azərbaycan nefti ucuzlaşır