ARDNŞ-in iki izçisi su quyusunda boğulub

img

18-08-2010 [05:51]


Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının yaydığı xəbərə agörə, rayonun ərazisində yerləşən su quyusunda 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ARDNŞ Sosial İnkişaf İdarəsinin Su təsərrüfatının əməkdaşları - 1948-ci il təvəllüdlü İlyas Rzayev və 1977-ci il təvəllüdlü Üzeyir Babayev təxminən 15 metr dərinliyində olan su quyusunda təmir işləri apararkən huşsuz halda tapılıblar. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə su quyusuna eniblər. Quyudakı iki nəfərin öldüyü müəyyən edilib. Daha sonra cəsədlər xüsusi texnika vasitəsilə quyudan çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA