Bakıda dəhzətli avtomobil qəzası baz verib: 1 ölü, 5 yaralı var

img

17-08-2010 [12:04]


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə avqustun 16-da saat 00.30 radələrində Xətai rayonunun Gəncə prospektində qeydə alınıb. Bakı şəhər sakini Xəyyam Azadovun idarə etdiyi ?Mercedes? markalı və Rüfət Mirzəyevin idarə etdiyi ?VAZ-2107? markalı avtomaşınlar toqquşublar. Nəticədə, R.Mirzəyevin xəsarət alan sərnişini, Nurlan Əmənov xəstəxanaya aparılarkən yolda ölüb. Digər xəsarət alan hər 2 sürücü və R.Mirzəyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib. Baş verən qəzayla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA