Lider TV-dən növbəti kütləvi - İSTEFA

img

02-10-2017 [13:34]


Lider TV-də əmək haqlarının gecikməsinə görə növbəti dəfə kütləvi istefalar başlayıb.

Mia.az xəbər verir ki, "Ölkə.Az”-ın telekanaldan əldə etdiyi məlumata görə, Lider TV-də yayımlanan "Səda” informasiya buraxılışının aparıcıları - Vüsalə Səid, Şəfiqə Elşən, idman jurnalisti Emin Ağa və digər şəxslər öz ərizələri ilə işdən çıxıblar.

Jurnalistlərin işdən ayrılmalarına səbəb kimi Lider TV-də bir neçə aydır ki, maaşların gecikməsi göstərilir.

Xatırladaq ki, son bir ildə Lider TV-dən xeyli sayda jurnalist istefa verib.





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA