Bakıda ev partladı, 5 nəfər xəsarət aldı

img

13-08-2010 [11:29]


Bu gün səhər saat 09:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi ilə Füzuli küçəsinin kəsişməsində 1 mərtəbəli evdə partlayış olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir. Evdə yaşayan 5 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından da ANS PRESS-ə hadisə nəticəsində 5 nəfərin xəsarət alması faktını təsdiqləyiblər. Belə ki, qəza nəticəsində 1938-ci il təvəllüdlü Vaqif Süleymanov, onun oğlanları Hafiz və Kamil Süleymanovlar, evin gəlini Könül və 4 yaşlı oğlu Süleyman Süleymanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlardan Hafizin vəziyyəti nisbətən ağırdır. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA