Bakı-Ələt yolunda sərnizinlə dolu avtobus azıb, xəsarət alanlar var

img

12-08-2010 [05:10]


Bakının Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində məhdudiyyət beton plitəsinə dəyərək aşıb. Lökbatan-Sahil qəsəbələri arasında 339 saylı marşrut üzrə hərəkət edən ?Mercedes? markalı mikroavtobusun aşması nəticəsində bir neçə nəfər sərnişin, o cümlədən sürücünün müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları gələrək yaralıları Kliniki Tibbi Mərkəzə gətirib. Stansiyadan ANS PRESS-ə verilən məlumata görə, xəsarət alanlardan biri, 57 yaşlı Məmmədova Münəvvər Qafur qızının vəziyyəti daha ağır olduğundan o, yolüstü 19 saylı təcili yardım məntəqəsinə çatdırılıb. Hadisə yerinə polis əməkdaşları gələrək ilkin araşdırmalara başlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA