30-08-2017 [19:24]
ARB telekanalında yayımlanacaq "Xalqın şairi" verilişinin anonsu qalmaqala səbəb olub.
Buna səbəb münsif kürsüsündə tez-tez şeirləri ilə gündəmə gələn əməkdar artist Elza Seyidcahanın yer almasıdır.
Maraqlıdır ki, ədəbiyyatın siması kimi verilişin şapkasında Məhəmməd Füzuli, Səməd Vurğun, Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Hüseyn Cavid, İmadəddin Nəsimi kimi söz ustadlarının portretləri yayımlansa da, şeirə qiymət vermək üçün Elza Seyidcahanı seçiblər. Layihənin müəllifi də təcrübəli jurnalist ANS-in "Qulp” verilişinin siması Mübariz Əsgərovdur.
Bəs Elza ilə eyni masanı paylaşan qələm adamları bu barədə nə düşünür?
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu proqramda əsas söz sahiblərinin onunla Qulu Ağsəsin olduğunu qeyd edib:
"Münsifləri TV və layihə rəhbəri seçib. Belə bir məşhur məsəl var: "Hər qoyunu öz ayağından asırsan”. Hər kəs özünə cavabdehdir. Amma ümumi məqsəd var. Gənc yazarlara dəstək, istedadlıların tanınması və sonda 5 iştirakçının kitabı çıxacaq. Sosial şəbəkələrdə hər kəs fikrini bildirə bilər. Normal haldır. Məni, Elzanı bəyənib-bəyənməyənlər ola bilər. Xeyirxah işdir, bunun naminə dözmək olar. Düşünürəm ki, münsiflər heyəti arasında ayrıseçkilik etmək düzgün deyil. Hamı bir məqsədə xidmət edir. Elza xanım öz tərzindən kənara çıxmır. Yarışmada o poeziyanın dərinliklərinə varmır. İstedadlı gənclərə "yox” demir, əksinə hamıya yaşıl işıq yandırır. Əsas söz sahibləri mən və Qulu Ağsəsdir. Bizim də məqsədimiz istedadlı gəncləri finala çıxarmaqdır. Televiziyanın da müəyyən qaydaları var, şou elementləri qatmalıdır. Verilişi elə təqdim etməlidirlər ki, hamı baxsın. Quru-quru şeir desələr heç kəs baxmaz. Poeziya ağır yemdir. Bu ciddi ədəbiyyəti qəşəng parıltılı konfet kağızına büküb camaata təqdim edirlər”.
Qulu Ağsəs Seyidcahanın verilişdə bəstəkar kimi təmsil olunduğunu deyib:
"Demək olar ki, gün ərzində müxtəlif jurnalistlər, dostlar, tanışlar tərəfindən ünvanlanmış məhz bu sualı cavablandırmışam. Dəfələrlə televiziyaların ədəbiyyata yer ayırmamasından gileylənmişəm. Aylar əvvəl ARB kanalından zəng edib belə bir layihə etmək istədiklərini deyəndə sevindim və məmnuniyyətlə razılaşdım. Bir neçə gün qabaq isə zəng vurub sınaq çəkilişlərinə dəvət etdilər. Mən oraya gedəndə Baba Vəziroğlunu, Aşıq Əhlimanı, Elza Seyidcahanı gördüm. Mənə dedilər ki, münsiflər heyətində rəngarənglik olsun deyə aşıq da dəvət olunub, bəstəkar da. Yazıçı və şair kimi Baba Vəziroğlu, mən isə redaktor-şair kimi. Kiminsə şeiri xoşuna gəlsə, Elza xanım mahnı bəstələyəcək. Münsifləri ilk dəfə elə sınaq çəkilişində görmüşəm. Cəmi 3 sınaq çəkilişi olub. Bütün layihə, gələcəyi, mükafatar bir yana qalıb, təəssüflər olsun ki, hamı Elzanın oraya niyə qatılmasından danışır. Elza xanım müsabiqəyə bəstəkar kimi qatılıb, şair kimi yox. Gələcəkdə başqa tanınmış adamların da qatılması gözlənilir, ola bilsin ki, münsiflər heyətində müğənnilər də olsun”.
Yazar Şərif Ağayar baş verənlərə heç də təəccüblənməyib:
"Guya, efirimizdə hər şey öz yerindədir, bircə qalıb Elza xanımın münsif olması? Məncə, bizim üçün adi hadisədir. Qeyri-adi heç nə görmürəm”.
Şair Aqşin Yenisey də Elzanın münsif olmasına təbii baxıb:
"Bu müsabiqə adi bir teleşoudur, şonunun münsiflər heytində hansısa müğənninin oturmasında təbii heç nə yoxdur. Yox, əgər biz bu müsabiqənin nəticələrindən Nobel mükafatı gözləyiriksə, başımızı həkimə göstərməliyik. Qaldı ki, bu şouya Nəsiminin, Hüseyn Cavidin, Sabirin imzası altında başlamaq məsələsinə, Azərbaycanda satılması nəzərdə tutulmayan heç bir dəyər qalmayıb artıq”.
ARB Media Qrupun Strateji inkisaf, Marketinq və Media direktoru İsmayıl Həsənov Elzanın münsif qismində iştirakında qəbahətli heç bir nüansın olmadığını qeyd edib.
"Əvvala onu qeyd edim ki, Elza xanım müsabiqədə şairə kimi deyil, bəstəkar kimi təmsil olunur. Biz çalışmışıq ki, Azərbaycan poeziyasının bütün çalarları bu müsabiqədə təmsil olunsun. Müsabiqədə Baba Vəziroğlu, Aşıq Əhliman, Qulu Ağsəs kimi sənətdə öz sözünü demiş şəxslər də təmsil olunacaq. İstər dünya, istərsə də yerli televiziya praktikamızda bu kimi hallar olub. Qardaş Türkiyə televiziyalarında da hansısa bir yarışmada fərqli janrın nümayəndəsi münsif kimi əyləşib, prodüser, şoumen, aparıcı və s. qismində. Bu bir televiziya layihəsidir, məhsulun geniş tamaşaçı auditoriyası tərəfindən sevilməsi, hər kəsin özünə uyğun bir elementi bəyənməsi üçün bu hal normal qəbul olunmalıdır. Müsabiqədə oxunan şeirlərin bəzilərinin musiqi ilə uyğunluğu da sınaqdan keçiriləcək, Elza xanımın münsif qismində iştirakında qəbahətli heç bir nüans yoxdur. O, proqrama digər şou biznes nümayəndələri də qonaq qismində qatılacaq, bu isə teleproqramın daha baxımlı olmasına gətirib çıxaracaq və iştirakçı olan şəxslərin istedadları daha böyük kütləyə çatdırılacaq”.
Elza Seyidcahan özü də məsələyə münasibət bildirib:
"Artıq layihəyə start verilib, seçimlər edirik. "Xalqın şairi”ndə bir-birindən istedadlı insanlar münsifdir. Mənim "Get işinlə məşğul ol”, "Zad qalmışam” şeirlərim var. Məni tənqid edənlərə bu şeirlər cavabımdır. İndi yeni şeir yazacam.
Latviya Parlamentinin sədri Azərbaycanda belə qarşılandı - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ukrayna boksunun azərbaycanlı ulduzu: Camal Quliyev 5 qat ölkə çempionu oldu - VİDEO
İsa Qəmbərin 6 müavini bəlli oldu - Arif Hacılı Məclisin sədri, 13 nəfər isə Divan üzvü seçildi (SİYAHI)
Prezident və birinci xanım Zəngilan və Cəbrayılda - “Ağalı” hotelinin açılışı oldu, yeni kənd və qəsəbələrin təməli qoyuldu (Yenilənib)
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib - FOTOLAR
GENERAL KOMANDAN OLDU - MN-də yeni təyinat (FOTO)
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir - FOTOLAR
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb
Dövlət Agentliyində israfçılıq: iki mərtəbəli binanın təmirinə 607 min manat xərclənəcək
YAP funksionerindən 25 partiya lideri ilə görüş haqda açıqlama: "Onlar dialoqun fəal iştirakçılarıdır"
İlham Əliyevlə Lukaşenko Füzuli və Şuşada: yeni işlərlə tanış olublar - FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrailin daha bir hərbçisi həlak olub
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb: "Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və..."
Putin Çinə yolüstü mühüm mesajlar verdi: "Ukrayna ilə arada təhlükəsiz zonası yaradacağıq" - "ABŞ axmaqdır"
Belarus Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTOLAR
Vaqif Səmədoğlu 85 illik yubileyinə həsr edilmiş müsabiqə: finalçılar bəlli olub - SİYAHI
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi - FOTOLAR
Aparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb - Açıqlama
SƏNƏDSİZ EVLƏRƏ "KUPÇA" VERİLƏCƏK - Detallar
Təşkilat sədri saxlanılıb - Xalası oğlunun şikayəti əsasında
Buraxılış imtahanının nəticələri açıqlandı - 16 nəfər maksimal bal toplayıb (SİYAHI)
Sergen Yalçın "Beşiktaş"a 3 şərt qoydu: "9 oyunçu getməli və..."
Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub: "İstintaqa könüllü təslim olub, məhkəmədə də deyib ki..."
SOCAR-ın sabiq vitse-prezidentini və oğlunu ittiham edən qadın saxlanılıb? - Vəkli danışdı (Yenilənib)
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Fransa Yeni Kaledoniyadakı hava limanının qarşısına ordu yeridib - Uşuşlar ləğv olunub
Pakistanda qızlar məktəbinə bomba atılıb
DEPUTATLAR TOPLANIR: daha 11 məsələ müzakirə olunacaq - SİYAHI
Milli Məclisin komitəsi bəyanat yayıb - Səbəb
İlham Əliyev Tokayevə zəng edib
İsraildən Türkiyənin embarqosuna cavab gəldi: sərbəst ticarət dayandırıldı - Ərdoğana açıq mesaj verildi
Nazir bahalı xidməti maşınından imtina elədi: "Məcbur qalmadıqca əlavə heç nə alınmayacaq"
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Fransa polisi sinaqoqu yandırmaq istəyən şəxsi öldürüb - Açıqlama
Sabah leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Yeni nazirdən daha bir maraqlı dəyişiklik - Abid Şərifovun kürəkəni rəsi vəzifəsindən çıxarıldı
Rəsmi Bakıdan bəyanat: "Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir, əks təqdirdə..."
ABŞ 3 şirkətə sanksiya tətbiq edib - Şimali Koreya və Rusiyaya görə