Səid Dadazbəylinin ?dəstəsi?nin hüquqları müdafiə komitəsi Novella Cəfəroğlu ilə görüzüb

img

09-08-2010 [11:31]


Səid Dadaşbəylinin ?dəstəsi? işi üzrə ictimai müdafiə komitəsinin üzvləri hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüblər. Bu barədə müdaftə komitəsinin mətbuat xidmətindən MİA-ya məlumat daxil olub. Məlumatda bildirilir ki, görüşdə 13.01.2007-ci il tarixində tutulmuş Səid Dadaşbəylinin dəstəsinin Azərbaycan Respublikasının məhkəməsinin hakimi Ənvər Seyidovun sədriliyi ilə keçirilən məhkəmədən bəhs edilib. Görüş zamanı həbsdə olanların ailə üzvləri vəziyyətlə bağlı N.Cəfəroğlu məlumat veriblər: ?Ənvər Seyidovun sədriliyi ilə keçirilən məhkəmə prosesi saxta yolla təstiqləndi ki, Səid Dadaşbəyli və onun 14 nəfər ?bir-birini az tanıyan? adamları 2007-ci il tarixində dövlət çevrilişinə cəhd yox, məhz dövlət çevrilişi ediblər. Bunu saxta yolla yetirməklə gənc övladlarımızı 14 il azadlıqdan məhrum etdilər. Bu məhkəmə əsassız, sübutsuz, şahidsiz olaraq, qapalı şəkildə aparılmışdır. Biz və vəkillərimiz iitiham aktlarını, hökmü vərəq-vərəq oxumuşuq. Hələ də bilmirik ki, Dadaşbəylinin və 14 nəfərdən ibarət dəstənin günahı nədən ibarətdir? Çünki hökm elə yazılıb ki, nə həqiqi şahidləri göstərməyiblər, nədə ki sübutları. Hökm uydurulmuş yuxuya bənzəyir?. Məlumatda o da qeyd olunur ki, Novella Cəfəroğlu məhbus ailələrinin üzvlərini dinlədikdən sonra əlindən gələn köməkliklərini əsirgəməyəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA