19-08-2017 [15:34]
Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin 50 yaşı tamam olur.
Əli Nadir oğlu Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub.1974-84-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 45 saylı orta məktəbdə təhsil alıb. 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universitetinə (AzTU)) daxil olub, həmin institutu 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə AzTU-nun Biokimya Kafedrasında əmək fəaliyyətinə başlayıb. Hal-hazırda AzTU-nun müəllimi, biologiya elmləri namizədidir.
Milli-azadlıq hərəkatının fəal iştirakçısı və 1989-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü olub. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurulmasında yaxından iştirak edib. AMİP Gənclər Təşkilatının sədri, partiya sədrinin təşkilati məsələlər üzrə müavini olub. 2005-ci ildə AMİP-in qurultayında partiyanın sədri seçilib.
2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) "İnsan Naminə” seçki blokuna rəhbərlik edib. Ə.Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürsə də, MSK onun namizədliyinin qeydə alınmasından imtina edib.
Ə.Əliyev 2015-ci il parlament seçkiləri ərəfəsində bir qrup müxalifət partiyası tərəfindən yaradılmış "Azadlıq-2015” seçki blokunun təsisçilərindən biri olub. Lakin VİP sədrinin həmin seçkilərdə də parlamentdə təmsilçilik iddiası reallaşmayıb.
Sosial şəbəkələrdə davamlı aktivliyi ilə seçilən siyasətçilər sırasında olan Ə.Əliyev özünün "Facebook”səhifəsində ölkədə və dünyada və baş verən ciddi hadisələrə operativ münasibət bildirir.
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Zaqatalada institutda kütləvi zəhərlənənlər olub
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi