Səfər Əbiyev Silahlı Qüvvələrdə növbəti yüksək səviyyəli kadr dəyizikliyi edib

img

03-08-2010 [02:59]


Azərbaycan Silahlı Qüvvələrində növbəti ? yüksək səviyyəli kadr dəyişikliyi baş verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə ?MilAz?a hərbi mənbələrdən məlumat verilib. Məlumata görə, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin rəisi birinci dərəcəli kapitan, tarix elmləri namizədi Nurulla Əliyev və Ali Hərbi Təyyarəçilik Məktəbinin rəisi polkovnik Coşqun Ağamalıyev vəzifələrindən çıxarılaraq müdafiə nazirinin sərəncamına göndəriliblər. Əldə edilən təsdiqlənməmiş məlumata görə, sözügedən zabitlərlə 2009-cu ilin noyabrında Azərbaycan Ali Hərbi Məktəbinə rəis əvəzi təyin olunan polkovnik Mirzə Yusifov arasında müəyyən fikir ayrılığı olub. Qeyd edək ki, M.Yusifov bundan əvvəl Müdafiə Nazirliyinin briqada komandiri vəzifəsində çalışıb. Ali Hərbi Məktəbin sabiq rəisi Heydər Piriyev isə Müdafiə Nazirliyinin korpuslarından birinə qərargah rəisi təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA