03-08-2017 [14:49]
Son günlərdə mətbuata verdiyi müsahibələri və sosial şəbəkələrdə yayılan fotoları ilə gündəmə gələn sabiq baş nazir Surət Hüseynov qalmqallı fikirləri ilə səs-küyə səbəb olub.
Ölkə.az-a müsahibədə əsas diqqətçəkən məqam S.Hüseynovun 1992-93-cü illərdə mövcud olmuş AXC-Müsavat hakimiyyəti barədəd söylədikləridir. O, AXC-Müsavat hakimiyyətində təmsil olunmuş şəxsləri ən ağır formada ittiham və təhqir edib, hətta özünün iddiasına görə, "azad etdiyi Azərbaycan torpaqları AXC-Müsavat iqtidarı tərəfindən ermənilərə satılıb”.
"Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Vaxtilə Rusiyadan muzdlu döyüşçülər gətirib Qarabağda döyüşdürmüşəm, torpaqları azad etmişəm. Buna görə də onlara şəxsi cibimdən pul vermişəm. Vaxtilə Rusiyaya məxsus hərbi hissələrdən məndən savayı heç kim silah-sursat götürməyib. Əgər götürüblərsə, o zaman iqtidarda olan AXC-Müsavatdan bir nəfər durub adını desin! Ancaq mən bunu etmişəm, üstəlik, Qarabağı azad etmək üçün rusları da girov götürmüşəm. Mən bunu məhkəməmdə də demişəm. Ancaq həmin o adamlar mənə qara yaxmaq üçün deyirlər ki, guya Surət Hüseynov Rusiyanın adamıdır, hakimiyyət çevrilişinə hazırlaşır və sairə. Ağıllarına gələni danışırlar. Bunları bazara çıxartsan, heç 3 qəpiyə də satmaq olmaz. Əvvəla, bu adamlar gedib öz keçmişlərinə baxsınlar ki, kim olublar. Sonra başqasına çamur atsınlar. Özlərinə düzgün qiymət verə bilmirlər, mənim haqqımda ”savadsız idi” və sairə fikirlər səsləndirirlər. Sual edirəm ki, siz savadlı olub nə etmisiniz? Bu millətə, dövlətə bağışlanmaz xəyanətlər etmisiniz. Vaxtilə Qarabağı ermənilərdən alırdım, nə qədər torpaqları azad etmişdim, AXC-Müsavat imkan vermədi, məni qısqandılar”.
Qiyamçı eks-baş nazirin bu açıqlamasına sabiq prezident Ayaz Mütəllibov da seyrçi qalmayıb.
O, Modern.az-a açıqlamasında Surət Hüseynova haqq qazandırıb və deyib ki, onun əməllərinə hər zaman ləkə vurmağa çalışıblar:
"Surət Hüseynovun xeyirxah işlərlə məşğul olması danılmaz faktdır. Ona ləkə atmaq yanlışlıqdır. Bəzi azərbaycanlılar öz övladlarını ləkələyib məsələnin əhəmiyyətini də pozurlar. Surət Hüseynova Milli Qəhrəman adını verən də, alan da əsaslandırmalıdır ki, niyə məsələ belə formada təqdim olunub? Zarafat deyil. Milli Qəhrəman adını verib qısa müddətdən sonra əlindən alırsan. Bu necə olur? Elçibəy iqtidarı dövründə ona qarşı silahlı dəstə göndərilib. Orda da qan tökülüb. Kölgəli məsələlər var.
Surət Hüseynovun müsbət əməllərini inkar etmək olmaz. Hərçənd ki, onun bir çox işləri ilə yaxından tanış deyiləm. Amma bildiyimə görə Qarabağ məsələsi ilə yaxından məşğul olub və əlindən gələni edib. Bunu inkar etmək olmaz. Qaldı ki ordu məsələsinə, o zaman nizami ordumuz yox idi”.
Eks-prezident sabiq baş nazirin Rusiyanın adamı olması barədə deyilənlərə bu formada cavab verib:
"Surət Hüseynovun Rusiyanın adamı olduğunu söyləməzdən öncə bunu izah etmək lazımdır. Agent olduğunu kim isbat edə bilər? Belə danışmağa nə var ki! Bunu qısqanclıqdan da söyləmək olar”.
"Heç Surət Hüseynovla Moskvada görüşünüz baş tutubmu” sualına Ayaz Mütəllibovun cavabı belə olub:
"Bir dəfə Moskvada görüşdük. Mənim ona deyiləsi sözüm yox idi. Hər halda söhbətimiz oldu. İndi dediklərinin əksəriyyətini o zaman da demişdi. Böhtan olduğunu dilə gətirməklə haqqında yanlış fikirlər söylədiyini bildirmişdi. Hətta bir dəfə Nazirlər Kabinetinin iclasında tənqid etdim ki, Yevlax kombinatında əyri-əskikliklər var. Bu məsələ Surət Hüseynova da çatmışdı. O da bu sözlərimdən incimişdi. Mənsə sadəcə, istintaqın kimin günahkar olub-olmadığını göstərəcəyini demişdim”.
Surət Hüseynovun qalmaqallı açıqlamalar verməsinin hansı məqsədi daşımasına gəlincə, Mütəllibov bunları deyib:
"Onun uzun illərdən sonra belə açıqlamalar verməsinin hansı məqsədi daşıdığını deyə bilmərəm Bəlkə də təəssüflənir. Bəlkə, incikliyi hələ də qalır”
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub
Bakı Su Kanal İdarəsinin rəsmisi: "Bizə dedilər ki, daha orada görəcək işiniz yoxdur" - Məhkəmədə inanılmaz iddialar səsləndi
"Bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər..." - Xəbərdarlıq
Fil turisti öldürüb
Bakıya qar yağacaq - Xəbərdarlıq
Türkiyədə servis maşını aşdı: sürücü və 9 şagird xəsarət alıb
DYP sürücülərə müraciət edib
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedir
"Cahan Holdinq"in dövlətə 7 milyondan çox borcu varmış...
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək - Şərtlər
Metronun qarşısında 51 yaşı şəxsi ayaqlarından bıçaqlayıblar
"Azvvallet"ə qadağa qoyulub - Mərkəzi Bank qərar verdi
Müğənnidən inanılmaz açıqlama: "Bilmək olmaz, bir də gördün dostlarım məni zəhərləyib"
İlham Əliyev Əbu-Dabidə - Prezident baş katiblə görüşüb
Həsən Həsənovun oğlu ssenari yazdı, Agentlik 657 min manat ayırdı - "Bəli, bizim tarixi film çəkmək təcrübəmiz yoxdur" (MÜSAHİBƏ)
Vəkil: "Cəmi 100 manat kapitalı olan bu MTK-yə şəhər icra hakimiyyəti icazə verib ki..."
İcra başçılarının "vurulma prosesi" davam edəcək
Dünyanı silkələyən casuslar - TƏHLİL
ABŞ prezidenti: "Bunu ilk dəfə deyirəm, düşünürəm ki..."
DTX-dən DAHA BİR ŞOK ƏMƏLİYYAT: Ukrayna müharibəsinə qatılan Azərbaycan vətəndaşları həbs edildi
Trampdan İrana daha bir xəbərdarlıq: "Əgər razılığa gələ bilməsək, çox pis şeylər baş verəcək"
"Xalqbank"ı Bəylər Əyyubovla nə bağlayır? - VİDEO, FOTO
NƏVƏLƏRİ ŞƏHİD OLAN 87 YAŞLI QADIN PREZİDENTDƏN KÖMƏK İSTƏDİ: "Bizi bu zülmkarlardan xilas edin"
Aİ: "Xarici müstəqil media Qəzzaya buraxılmalıdır"
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək