20-07-2017 [17:21]
"Azercell Telekom" MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti 2017-ci ilin ilk 6 ayı üzrə hesabatını açıqlayıb.
Mobil operatordan verilən məlumata görə, yanvar-iyun ayları ərzində "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə ümumilikdə 1458 zəng daxil olub, onlardan 53-ü hüquqi, 28-i psixoloji, 15-i səhiyyə, 350-si təhsil, 634-ü sosial, 18-i zorakılıq, 5-i fiziki, 40-ı etinasızlıq, 315-i də digər müraciətlərlə bağlı olub.
Ümumilikdə qəbul edilən zənglərin 667-si şəhərdaxili, 781-i mobil zəng, 10-u SMS, 6-sı isə elektron məktub şəklində daxil olub.
Hesabatda bildirilir ki, fəaliyyət göstərdiyi gündən indiyə qədər daxil olan müraciətlərin 1257-si psixoloji, fiziki, cinsi zorakılıqla bağlı olub və bu göstəricinin 270-i 2017-ci ilin ilk 6 ayı ərzində qeydə alınıb. Onu da qeyd edək ki, zorakılığa məruz qalanların 189-u qız, 81-i oğlandır.
"Gəncə Regional Uşaq Qaynar Xətt" xidməti isə 2017-ci ilin yanvar-iyun ayları ərzində 434 zəng qəbul edib, bunların 369-u şəhərdaxili, 65-i isə mobil zəng vasitəsilə olub.
"Azərbaycan Uşaq Qaynar Xətt" xidməti komandası eyni zamanda 6 ay ərzində həyata keçirdiyi tədbirlərlə də diqqət çəkib. Belə ki, onlar "Uşaqlara qarşı zorakılığın aşkarlanması və tibbi-psixoloji yardımın göstərilməsi işinin gücləndirilməsi", "Özünə inam və özgüvən problemləri" və "Aqressiyamızı necə idarə edək?" mövzuları üzrə təlimlər veriblər. Gəncə regional "Uşaq Qaynar Xətt" xidməti isə 8-11-ci sinif uşaqları ilə görüşüb, Gəncə şəhər 1 saylı Tam Orta məktəbində uşaq qaynar xətt xidmətinin təqdimatını keçiriliblər.
Məlumat üçün bildirək ki, "Azərbaycan Uşaq Qaynar Xətt"inin əsas məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən "Uşaq Qaynar Xətt" xidmətinə həm şəhərdaxili, həm də "Azercell" nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 nömrələri ilə günün istənilən saatında qaynar xətt xidmətinə müraciət etmək imkanı yaradılıb.
Lukaşenko Azərbaycana gəlib
“GSMA M360 Eurasia 2024” konfransının açılışı baş tutdu
Slovakiyada sensasiyalı hadisə: Baş nazirə 4 güllə sıxılıb - Açıqlama (FOTOLAR) -YENİLƏNİB
Hüquq müdafiəçisi ilə Sevinc Vaqifqızı ev dustaqlığına buraxılmadı
Rəsmi Ankara Baş nazirə sui-qəsdi kəskin qınadı: "Bu, birbaşa demokratiyaya təhdiddir"
Baş nazir güllələnmədən 1 həftə öncə Bakıda nə demişdi? – TƏHLİL
TƏBİB rəhbəri daha bir xidməti maşın alır - 85 min manatlıq
Daha bir deputat istefa verdi - Sədr "geri dönün" çağırışı elədi
Blinken: "ABŞ Ukraynaya daha 2 milyard dollar əlavə yardım edəcək"
Qaraçuxurda gecə vaxtı yolda qadına qarşı əxlaqsız hərəkət edən şəxs tutulub - VİDEO
Qəzzada daha 60 dinc sakini həlak olub
Prezident İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət göndərib - MƏTN
Putin: "Baş Qərargahda heç bir dəyişiklik olmayacaq"
Bakıda həbsdə olan Bako Saakyan, Araik Arutyunyan, David Babayan, David İşxanyan və generallar haqda yeni qərar verildi
Sinqapurun baş naziri 20 illik hakimiyyətindən əl çəkib
"Barselona"nın yarımmüdafiəçisi "Qalatasaray"a gəlir
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Qalatasaray" - "Fənərbağça" derbisi: 1580 manata bilet satılır
"Əl-Cəzirə"nin yayımı bu ölkədə qadağan olunub
DAHA BİR MƏRKƏZ YARADILIR - Fərman
Rusiya ordusu Ukraynada daha 3 qəsəbəni işğal edib: "3 yaşayış məntəqəsi tam nəzarətə götürülüb"
İsrail İordan çayının qərb sahilində 8745 fələstinlini həbs edib
Bakıda 202 nəfərə 498175 manat zərər vuran qadın tutulub
Eldar Əzizov Milli Şuranın daha bir mitinq tələbinə "yox" dedi
"Seçici məni tanıyır, mən seçicini" - İqbal Ağazadə
Polşada mədən çöküb - Ölənlər var
Hizbullah İsrailin iki hərbi bazasını raketlərlə vurub
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıb
Rusiya sülhməramlılarının Qarabağ bölgəsindən çıxarılması prosesi yekunlaşıb - AÇIQLAMALAR (YENİLƏNİB)
Etibar Məmmədov deputatlığa namizəd olacaq? - Açıqlama
Mərkəzi Bankda yeni təyinat olub
Əfv Məsələləri Komissiyası bu gün iclas keçirəcək
Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? (FOTO) -Yenilənib
Qəzzada daha 8 dinc sakin həlak olub - Yaralılar var
“Mahzen-46” əməliyyatı: daha 3 mafiya çökəldilib - Liderləri və "şillə vuranları" qandallanıb
Egey dənizində güclü zəlzələ olub - 4,5 bal gücündə
ABŞ Çinin elektrikli avtomobillərinə "müharibə" elan edib - Gömrük rüsumu 100 faiz qaldırıldı
Fransada Fələstinə dəstək aksiyası: 5 tələbə saxlanılıb
Borrell: "Aİ ölkələri Fələstin məsələsində çox bölünüb" - "ABŞ-da müəyyən bir yorğunluq görürəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR