?Səid Dadazbəylinin dəstəsi?nin hüquqları müdafiə komitəsi yaradılıb

img

28-07-2010 [12:19]


Məhbus ailələrindən ibarət bir qrup ?Səid Dadaşbəylinin dəstəsi?nin işi ilə bağlı yeni komitə yaradıb. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, məhbus ailələrinin ilk yığıncağında müzakirə zamanı bu səs küylü cinayət işi üzrə irəli sürülən ittihamların heç bir əsası olmadığı, istintaqın qorxu və işgəncə altında aparıldığı, istintaq zamanı bir nəfərin hətta döyülərək öldürüldüyü qeyd edilib. Müzakirədə iştirak edənlər qərar veriblər ki, bu insanların həbsi siyasi motivlidir, onlar hansısa çevrələrin siyasi niyyətlərindən doğan məkrli plana əsasən həbs olunublar. Toplantınin sonunda ?Səid Dadaşbəyli və onun dəstəsi?nin ictimai müdafiə komitəsi yaradılıb. Qətibə Qarayeva məhkum Said Dadaşbəylinin anası ictimai müdafiə komitəsinin sədri seçilib. Komitənin tərkibinə daxil olan digər əlaqələndiricilər Mikail İdrisovun ailəsi, Rasim Kərimovun ailə üzvləri, Samir Qocayevin ailəsi, Fərid Ağayevin ailə üzvləri, Ceyhun Əliyevin ailəsi, Cahangir Kərimovun ailə üzvləri, Rəşad Əliyevin ailəsi, Beybala Quliyevin ailəsi, İsayev Fuad və s.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA