Bakıda avtobus azıb, 10 nəfərdən çox adam yaralanıb

img

27-07-2010 [11:16]


İyulun 27-də Bakının Qaradağ rayonu ərazisində yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fəhlələrini daşıyan avtobus yolun əks istiqaməti ilə hərəkət edən minik maşını ilə toqquşub. Toqquşma nəticəsində avtobus aşıb, avtobusda olan 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə (KTM) yerləşdiriliblər. KTM-dən bildirilib ki, məlum qəza ilə əlaqədar mərkəzə 9 nəfər gətirilib. Onlardan 3 nəfəri ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Qalanları isə yüngül xəsarət alıblar. Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA