Baz Prokurorluq Abzerondakı ailə qətliamı ilə bağlı rəsmi məlumat yayıb

img

26-07-2010 [02:13]


Abşeron rayonunda həyat yoldaşını, qayınatasını və qayınanasını qətlə yetirən şəxs tutulub. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 25-də 1982-ci ildə Zəngilan rayonunda anadan olmuş Qələndərov Nicat Rizvan oğlu ailə-məişət münaqişəsi zəminində aralarında baş vermiş münaqişə ilə əlaqədar Abşeron rayonunun Digah kəndində yaşayan 1960-ci il təvəllüdlü qayınatası Dadaşov Teyyub Rəfail oğlunu, 1962-ci il təvəllüdlü qayınanası Dadaşova Zenfira Məmmədkərim qızını və 1987-cu il təvəllüdlü arvadı Dadaşova Şəlalə Teyyub qızını özündə olan bıçaqla çoxsaylı bədən xəsarətləri yetirməklə qəsdən öldürüb, 1990-ci il təvəllüdlü qaynı Dadaşov Hüseyn Teyyub oğlunu isə yaralayıb. Sonuncu ağır vəziyyətdə qonşuları tərəfindən xəstəxanaya çatdırılıb. Rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitlərə baxış keçirilməklə xarici müayinələri aparılıb, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub. Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən N.Qələndərov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA