Bakıda yarımçıq bina uçub, dağıntı altında qalan var

img

19-07-2010 [04:59]


Bakıda tikinti işləri aparılan binada uçqun olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Nizami rayonu ərazisində tikinti işləri aparılan birmərtəbəli binada uçqun baş verməsi və dağıntılar altında köməyə ehtiyacı olan şəxslərin qalması haqqında nazirliyə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum müəyyənləşib ki, birmərtəbəli binanın bir hissəsi uçub və bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi dağıntılar altından xilas edərək ilkin tibbi yardın göstərdikdən sonra aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA