Bərdədə 52 yazlı kizi qonzusunu bıçaqlayıb öldürdü

img

19-07-2010 [01:02]


Bərdədə ağır qətl hadisəsi baş verib. Baş Prokurorluğun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, 17 iyul 2010-cu il tarixdə saat 20.00 radələrində 1958-ci il təvəllüdlü, Alışanov Akif Möhübbət oğlu məskunlaşdığı Bərdə rayon Uşaq xəstəxanasının həyətində şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qonşusu - 1959-cu il təvəllüdlü, Bayramov Rza Allahverdi oğlunun döş qəfəsi, kürək və qarın boşluğu nahiyələrindən üç bıçaq zərbəsi vurmuş, sonuncu ağır bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həmin gün saat 20.20 radələrində A.Alışanov Rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə təslim olmuş və cinayətdə istifadə etdiyi bıçağı polisə təqdim edib. Rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə xəstəxanada meyitə baxış keçirilməklə daxili və xarici müayinəsi aparılmış, bundan sonra hadisə yerinə baxış keçirilib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunub. Cinayəti törətməkdə şübhəli bilinən A.Alışanov saxlanılmış və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA