Azərbaycanda bir gündə 10 nəfərdən çox adam suda boğulub

img

12-07-2010 [03:01]


Son günlər su hövzələrində çimərkən boğulub ölənlərin sayı artıb. Daxili İşlər Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyulun 11-də Xəzər rayonundakı Zaqulba çimərliyində Binə qəsəbə sakini Xəyal Əzizov, Novxanı çimərliyində Sumqayıt şəhər sakini A.Mikayılov, Binəqədi rayonundakı Novxanı çimərliyində Sumqayıt şəhər sakini Azad Mikayılov suda boğulub. İyulun 11-də Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini Yaşar Səfərov "Şirvan" su kanalına yıxılaraq boğulub. Y.Səfərovun meyiti sudan çıxarılıb. Samux rayonu ərazisində Kür çayında çimərkən boğulmuş E.Həsənovun meyiti sudan çıxarılıb. İyulun 11-də Samux rayonunun Yenikənd kəndi ərazisində Gəncə şəhər sakini Elşən Həsənov Kür çayında çimərkən boğulub. E.Həsənovun meyiti sudan çıxarılıb. İmişli rayon sakini S.Hüseynov göldə çimərkən suda boğulub. İyulun 11-də İmişli rayonunun Çaxırlı kəndi ərazisində, rayon sakini Samir Hüseynov göldə çimərkən suda boğulub. İyulun 11-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Privolnoye kənd sakinləri Fərid Qarayev, qardaşı Nahid və Darılıq kənd sakini Seymur Musayev su anbarında çimərkən suda boğulub. İyulun 11-də Yevlax rayonundakı 11-ci Buxta adlanan ərazidə Gəncə şəhər sakini Orxan Musayev Mingəçevir gölündə çimərkən suda boğulub. O.Musayevin meyiti sudan çıxarılıb. İyulun 11-də Nabran qəsəbəsindəki çimərlikdə qəsəbə sakini Rəşad Məmmədov suda boğulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA