Azərbaycanda əhalinin sıx toplazdığı yerlərdə videonəzarət sistemləri qurulacaq (siyahı)

img

09-07-2010 [01:00]


Nazirlər Kabineti əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə qərar verib. MİA-nın məlumatına görə, qərar baş nazir Artur Rəsizadə tərəfindən imzalanan sözügedən qərar barədə Nazirlər Kabinetiti məlumat yayıb. Nazirlər Kabineti əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə qərar qəbul edərkən Daxili İşlər, İqtisadi İnkişaf, Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin razılaşdırılmış təklifini nəzərə alıb. Qərara görə, əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri aşağıdakı yerlərdə və obyektlərdə quraşdırılacaq: 1.1. əhalinin sıx toplaşdığı yerlərdə, o cümlədən: - parklarda, xiyabanlarda, meydanlarda, küçə və prospektlərdə, yeraltı keçidlərdə; - stadionlarda və idman arenalarında; - böyük ticarət və əyləncə mərkəzlərində; - mehmanxanaların yaxınlığında; - məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və digər kütləvi ibadət yerlərinin bilavasitə yaxınlığında; 1.2. obyektlərdə, o cümlədən: 1.2.1. nəqliyyat infrastrukturlarında: - yerli və respublika əhəmiyyətli yollarda və avtomagistrallarda; - yol ötürücülərində və körpülərdə; - avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında; - dəmir yolu və metro stansiyalarında, platformalarında; - avtomobil, habelə sərnişin daşıyan nəqliyyat vasitələrinin park və dayanacaqlarında; - sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində; 1.2.2. Azərbaycan Respublikasının icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında; 1.2.3. həyat təminatlı mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında; 1.2.4. mülkiyyət növündən asılı olmayaraq, bank və kredit təşkilatlarının ətrafında; 1.2.5. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binalarının ətrafında; 1.2.6. təhsil müəssisələrinin yaxınlığında; 1.2.7. bütün taksofon aparatlarının bilavasitə yaxınlığında.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA