TQDK-da orta təhsil bazasında ərizə qəbulunun bazlanmasına həsr olunmuz seminar-məzğələ keçirilib

img

06-07-2010 [03:15]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulunun başlanmasına həsr olunmuş seminar-məşğələ keçirilib. Seminarda TQDK-nın inzibati binasından komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub. TQDK-nın mətbuat xidmətindən bildiriblər ki, tədbirdə komissiyanın sektor müdiri Hidayət Zeynalov, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov, TQDK-nın regional bölmələrinin əməkdaşları, Sənəd Qəbulu Komissiyalarının nümayəndələri iştirak ediblər. Seminar-məşğələni giriş sözü ilə açan Hidayət Zeynalov ərizə qəbulu ilə bağlı iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu internet vasitəsilə iyulun 8-dən avqustun 10-dək aparılacaq. Abituriyentlər həmin müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2010) soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini (2010-cu il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edə bilərlər) daxil etməklə qeydiyyatdan keçir və iş nömrəsi ilə şifr əldə edirlər. İş nömrəsi və şifrdən istifadə etməklə ?Abituriyentin elektron ərizəsi? formasına daxil olur və onu doldururlar. Bundan sonra abituriyentlər tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etməlidir. İmtahanda iştirak etmək üçün SQK-da abituriyentə müəyyən olunmuş tarixdə "İmtahana buraxılış vərəqəsi" və "Abituriyentin vəsiqəsi" veriləcək. Seminarda Sənəd Qəbulu Komissiyalarına müvafiq hazırlıq işlərinin aparılması, onların üzərlərinə düşən vəzifələr barədə tapşırıqlar verilib. Daha sonra İlqar Mahmudov SQK üzvlərinə ?elektron ərizə? qəbulu sisteminin proqram təminatından danışıb. Xatırladaq ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı ?Abituriyent? jurnalının 4-cü sayında dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR