Hacıqabulda ər qısqanclıq zəmnində 19 yazlı arvadını kəndirlə boğub öldürdü

img

24-06-2010 [11:24]


İyunun 23-də saat 23 radələrində Hacıqabul şəhəri, Axundov küçəsi 7 saylı evdə yaşayan 1979-cu ildə anadan olmuş Haxverdiyev Mahir Tofiq oğlu qısqanclıq zəminində arvadı - 1991-ci ildə anadan olmuş Polatova Tünzalə Səyyad qızını yaşadıqları evdə iplə boğaraq qəsdən öldürüb. Baş Prokurorluğun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə çıxaraq hadisə yeri və meyitə baxış keçirib, fotoşəkillər çəkilb, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürüblər. Meyit daxili müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Haxverdiyev cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. İş üzrə müvafiq ekspertizalar təyin edilib və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA