Bərdədə qardaz qardazı torpaq üstündə ov tüfəngi ilə öldürdü

img

23-06-2010 [12:00]


Baş Prokurorluğun mətbuat xidməti Bərdədə törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, iyunun 22-də saat 21-50 radələrində Bərdə rayonu, Xanərəb kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Rizvan Allahverdi oğlu qardaşı, 1962-cı il təvəllüdlü Məmmədov Mehman Allahverdi oğlunu sonuncuya məxsus evin həyətyanı sahəsində torpaq münaqişəsi zəminində ov tüfəngi ilə vurub. M.Məmmədov Bərdə rayon Mərkəzi xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb. Rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirillib, fotoşəkillər çəkilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng götürülüb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılan R.Məmmədov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA