22-12-2016 [15:01]
"Sahibkarlarla keçirilən görüşlərdə və kütləvi informasiya vasitələrində aparılan mütəmadi təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır”.
Bu, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda öz əksini tapıb. "Ölkəmizdə sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, beynəlxalq ticarət zəncirinin davamlığının təmin edilməsinin əsas şərtlərindən biri də gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, yəni sahibkarlarla gömrük orqanları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsidir. İqtisadi təhlükəsizliyinin təmin olunması, fiskal siyasətin həyata keçirilməsində mühüm rol oynayan gömrük orqanları bu məqsədlə mütəmadi olaraq sahibkarlarla, biznes nümayəndələri ilə görüşlər, dəyirmi masalar keçirir, tətbiq olunan yeniliklər, beynəlxalq ticarətin inkişaf etdirilməsindəki yeni çağırışlar barədə onları məlumatlandırır, iş adamlarını maraqlandıran suallara cavab verilir və qarşıya çıxan problemlər, ümumi işə zərər verən amillərin aradan qaldırılması istiqamətində operativ və qətiyyətli addımlar atılır. Son illərdə tətbiq edilən "Bir pəncərə”, "Elektron bəyannamə”, "Yaşıl dəhliz” və digər yeni tətbiqlərin sahibkarlıq mühitinin yaxşılaşdırlıması, idxal-ixrac əməliyyatlarının şəffaf və sürətli həyata keçirilməsindəki rolu danılmazdır.
Qarşılıqlı müzakirə şəraitində keçirilən bu görüşlərdə o da vurğulanır ki, xarici iqtisadi fəaliyyət nəticəsində qanunvericiliyə əsasən tətbiq olunan vergi və rüsumlar dövlət büdcəsinə ödənməklə ölkəmizin iqtisadi tərəqqisinə, müdafiə qabiliyyətinin güclənməsinə, sosial problemlərin həllinə, vətəndaşların rifah halının yaxşılaşdırılmasına sərf olunur”, - deyə məlumatda qeyd edilib.
Komitə bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.
Komitədən bildirilib ki, sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.
Xarici iqtisadi fəaliyyət iştirakçısının adı | İnvoysda göstərilən qiymət | Real qiymət | Fərq | |
1 | "Taleh-AT” müəssisəsi | 67350,01 ABŞ dolları | 129915,13 ABŞ dolları | 62565,12 ABŞ dolları |
2 | "Qoşabulaq-A” MMC | 26000 avro | 70000 avro | 44000 avro |
3 | Bəhlulzadə Kamal Rauf o. | 6584 ABŞ dolları | 28044 ABŞ dolları | 21460 ABŞ dolları |
4 | "Avantaj AS” MMC | 46188,60 ABŞ dollar | 65027,06 ABŞ dollar | 18838,46 ABŞ dollar |
5 | "NTC Company” MMC | 24584,85 ABŞ dolları | 38216 ABŞ dolları | 13631,15 ABŞ dolları |
6 | "Çipto” MMC | 7028,98 avro | 17180,32 avro | 10151,34 avro |
7 | "ABA Trading” MMC | 27700 avro | 37500 avro | 9800 avro |
"Cədvəldən də göründüyü kimi, ümumilikdə 116 494,73 ABŞ dolları və 63 951,34 avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib və təəssüf ki, bu kimi hallar davam edir.
DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq”, - deyə məlumatda vurğulanıb.
UEFA çətiri altında Azərbaycansayağı biabırçılıq - Bağlı tualetlər, bunker media otaqları, sınıq, toz basmış oturacaqlar...
Rayonlarda sağlamlıq günləri davam edir
Sabah hava necə olacaq? - Proqnoz
İnsan alverinin qurbanı olan qadınlar cəmiyyətə necə qayıdır? - DİN əməkdaşları və QHT-lər bunu müzakirə etdi
Vətənə xidmət...
Azərbaycan nefti ucuzlaşdı
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Salyan Aqro Park”ın işçilərinin maaşı niyə ödənilmir? - FOTO
ABŞ və Rusiya savaşacaq? - Medvedev "Rusiya İran və ya İsrail deyil" dedi, Tramp iki dənizaltı nüvə gəmisini yola çıxardı
Türkiyədə təyyarə qəzaya uğrayıb
Baş Şirvan kollektorunda iki nəfər boğulub
Fələstinli fəalı öldürən israilli sərbəst buraxılıb - Cəmi 3 gün ev dustaqlığında olub
İqtisadi Şuranın növbəti iclası keçirilib - Nələr müzakirə olunub?
Putin Lukaşenko ilə görüşdə Zelenskiyə mesaj verdi - Ukrayna lideri isə "Əgər səmimisənsə, hazıram" dedi
AFFA-da mətbuat katibi dəyişikliyi - Mia.az-ın xəbəri təsdiqləndi
ANAMA: iyul ayı ərzində 7 058,9 hektar ərazi minalardan təmizlənib
İYULLA AVQUSTUN “ULDUZ”U BİR ARADA
Qəzzada ölənlərin sayı artıb
"Total” yağ brendinin Azərbaycandakı nümayəndəsi kimi söyüb? - VİDEO
Xaricdə işə düzəltmək adı ilə dələduzluq... - Vəzifəli şəxslərin işi məhkəməyə göndərildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Mərkəzi Bank kartlara məhdudiyət qoyub - İzahat
"Kapital Bank" marketlər üzrə keşbekləri dayandırdı, əvəzində isə... - Rəsmi açıqlama
"Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilmirəm, amma İsrail..." - Pezeşkianın fərqli siyasətinə söz ardı... (TƏHLİL)
Magistraturaya sənəd qəbulu uzadılıb - Avqustun 4-dək
Emin Əmrullayev Ukraynanın səfiri ilə görüşüb
TƏBİB sədri onlara yeni vəzifələr verdi - SİYAHI
Ceyhun Bayramov İsrailin yeni səfirini qəbul edib: "Azərbaycan sülh prosesinə töhfə verməyə hər zaman hazırdır"
"Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
"Qalatasaray" Osimhen ilə 4 illik müqavilə imzalayıb
DİN-dən əməliyyat: saxlanılanlar var
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edillib - Sərəncam
Media reyestri, oxşar adlar... - Prezident qanuna yeni əlavələri təsdiqlədi (Yenilənib)
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident bu qanunlara dəyişiklik etdi + DETALLAR
"Trabzonspor" 3 oyunçu ilə yollarını ayırıb
Çağdaş Atan: "Mükəmmələ yaxın oynadıq"
Ole Qunnar Solskjaer: "İstefa verməyi fikirləşmirəm"
Emerik Obameyanq " Olimpik Marsel" ilə müqavilə imzaladı
Sabah hava necə olacaq? - Proqnoz
Arda Turan: "Beşiktaş"a uğurlar arzulayıram"
Milan Skrinyar: "Burada öz evimdə kimi hiss edirəm"
Nelson Semedo: "Mourinyo ilə çalışmaq üçün səbrsizlənirəm"
"Fənərbağça" Nelson Semedonu transfer etdiyini açıqlayıb
Milan Skrinyar "Fənərbağça" ilə müqavilə imzaladı