Tovuzda dəm qazından zəhərlənmə - Qayınana və gəlinin vəziyyəti ağırdı

img

02-12-2016 [21:20]


Tovuzda dəm qazından zəhərlənmə olub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
 
Kənd sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şəhla və onun gəlini 1978-ci il təvəllüdlü Lamiyə Hacıyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər.
 
Hər iki qadın Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR