11-10-2016 [15:05]
"ABŞ-dakı 11 sentyabr olaylarından sonra Qərbdə islam düşmənçiliyi artaraq davam edir”.
Bunu İstanbulda keçirilən 9-cu Avrasiya İslam Şurasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R. T. Ərdoğan bildirib ki, dünyanın bir çox yerində müxtəlif dinlərə mənsub insanlar terror aktları törədir: "Bu günə qədər buddist, yəhudi, xristian, ateist terroru anlayışına rast gəlinibmi? Bu dinlərə mənsub insanların törətdikləri terror aktları hətta adi cinayət kimi təqdim olunur. Ancaq terroru törədən müsəlmandırsa, bunu məhz islami terror kimi təqdim edirlər. Bu təqdimatda medianın da böyük rolu var. Biz bu kimi hallara qarşı mövqeyimizi ortaya qoymalı, səsimizi ucaltmalıyıq ”.
Suriya və İraqda terror təhdidinə qarşı mübarizə aparmaq üçün Türkiyənin heç kimdən icazə almasına ehtiyacı olmadığını vurğulayan R. T. Ərdoğan Türkiyənin Suriya və İraqla böyük sərhəd zolağı olduğunu xatırladıb: "Min kilometrlərlə uzaqdan özlərinə qarşı terror təhdidinin olduğunu iddia edib,Suriya və İraqa gəlirlər. Türkiyəyə bununla bağlı heç kim söz deyə bilməz. Suriyada Cerablus və Çobanbəy qəsəbələrini "Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusu ilə birgə təmizlədik. Suriyada Münbicin əhalisinin 95 faizi ərəbdir. Ora PKK terror təşkilatının Suriya qolu PYD-ni yerləşdirməyə çalışırlar. Bizə söz verdilər ki, əməliyyatdan sonra PYD oradan çıxacaq. Ancaq sözlərini yerinə yetirmirlər. Ona görə də Türkiyə öz maraqları çərçivəsində Suriyada addımlar atmağa davam edəcək. Mənə İraqın baş naziri təhqirlər yağdırır. Sən mənim tərəf-müqabilim deyilsən, mənim səviyyəmdə deyilsən, İraqda çığırıb-bağırmağın bizim üçün heç önəmli deyil, biz bildiyimizi edəcəyik. Sən kimsən? İraq baş naziri. Öncə həddini bil. Məhz İraqın razılığı ilə Mosul yaxınlığındakı Başika düşərgəsinə Türkiyə hərbçiləri yerləşdirilib. Bu gün deyirlər ki, Türkiyə hərbçilərini oradan çıxarsın. Türkiyə sizin sözünüzlə hərəkət etməyəcək”.
R. T. Ərdoğan ABŞ Konqresində 11 sentyabr olayları ilə bağlı ölkə vətəndaşlarının Səudiyyə Ərəbistanı əleyhinə məhkəmə iddiaları qaldırmasına imkan verən qanunun qəbuluna da toxunub və bununla əlaqədar İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən ölkənin rəhbəri qismində 56 üzv ölkənin prezidentinə məktub yazdığını açıqlayıb: "Biz də qanunverici orqanımızda ABŞ vətəndaşının müsəlman ölkəsində törətdiyi terror aktına görə ABŞ-ın məsuliyyət daşıdığı barədə qanun çıxara bilərik. Cinayət şəxsidir. İndi Səudiyyə Ərəbistanına qarşı ABŞ-da vətəndaşlar tərəfindən məhkəmələrə iddialar təqdim edilir. Məqsəd Səudiyyə Ərəbistanından pul qoparmaqdır. Bu məsələdə ABŞ prezidenti Barak Obama tək qaldı. Yalnız bir yaşlı hüquqşünas ona dəstək verdi, çünki hüquqşünas kimi bu işin perspektivi olmadığını bilir. 56 islam ölkəsinin bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı əslində müsəlmanlara yönəlik bu addıma qarşı ortaq mövqeyini ortaya qoymalıdır”. (APA)
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Yasamalda gölü qurudub bina tikirlər: yerdən isə su fontan verir, sakinlər həyəcan təbili çalır - VİDEO
VHP Ali Məclisinə sədr seçilib