Gürcüstanda seçki - MSK səsləri tam saydı və...

img

10-10-2016 [21:59]


Gücüstanda parlamenti seçkilərinin ilkin nəticələri açıqlandı.

Mia.az xəbər verir ki, Gürcüstan MSK səslərin bütün məıntəqələrdə sayıldığını bildirib.

Rəsmi alınan nəticəyə əsasən, hakim "Gürcü arzusu" partiyası səslərin 48,65 faizini, müxalifətdə olan "Milli Birlik Hərəkatı" 27,21 fazini toplayıblar.

Beş faizli baryeri keçən siyasi təşkilatlardan biri də "Gürcüstan Vətənsevərlər Alyansı"dır.

Qeyd edək ki, Gürcüstanda 77 deputat partiya siyahısı (proporsianal), 73 deputat isə birmandatlı seçki dairəsi (mojaritar) üzrə müəyyənləşir.  Mojaritar sistem üzrə isə bir çox dairələrdə qaliblər müəyyənləşməyib. Belə ki, namizədlər tələb olunan 50+1 səs çoxluğunu toplaya bilməyiblər.

Mia.az xəbər verir ki, belə dairələr arasında azərbaycanlıların sıx yaşadığı bölgələr - Marneuli və Bolnisi də dairələr var. Hər iki daiirə üzrə soydaşlarımız ikinci turda mübarizə aparacaqlar.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA