Rusiya ABŞ-ın daha bir istəyinə mane oldu - BMT-də Suriya ilə bağlı qərara veto qoyuldu

img

09-10-2016 [00:31]


Rusiya Suriya ilə bağlı daha bir qərarın qəbuluna imkan verməyib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün BMT Təhlükəsizlik Şurasında müxaliflərin nəzarətində, Suriya ordusunun isə mühasirəsində olan Hələb şəhərinin üzərindən bütün uçuşların dayandırılması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Lakin Rusiya bu qərarın qəbuluna veto qoyub.

Qeyd edək ki, Suriya müxalifləri dəfələrlə Rusiyanın Hələbi bombaladığını açıqlayıb. ABŞ isə Rusiyanı bu şəhərdə xəstəxana və digər məişət binaları ilə yanaşı, yaşayış sahələrini də bombalamaqda ittiham edərək, cinayət məsuliyyətinə cəlb edilməsinə çağırış edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA