Saakaşvilidən İvanişviliyə ittiham: "Gürcüstanı kiçik kəndə çevirdi"

img

07-10-2016 [19:03]


"Sabah Gürcüstan qaranlıqla işıq arasında seçim edəcək".

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili xalqa müraciəti zamanı söyləyib. Onun sözlərinə görə, İvanişvili Gürcüstan üçün təhdiddir:

"İvanişvili hakimiyyətdə olduğu müddət ərzində Gürcüstanı kiçik kəndə çevirdi və onu beynəlxalq radarlardan itirdi. Biz buna imkan verə bilmərik. 

İvanişvilinin hakimiyyətdə qalması gürcü xalqı üçün təhdiddir. Onun sayəsində, ümumiyyətlə, Gürcüstan xəritədən silinə bilər. 

Sabah Gürcüstan dövlət olduğunu və hansısa rus oliqarxının əlində oyuncaq olmadığını söyləyəcək”(axar.az).

Qeyd edək ki, sabah Gürcüstanda parlament seçkisi baş tutacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA