05-10-2016 [23:59]
Bu gün Tiflisdə Vahid Milli Hərəkat (VMH) Partiyası seçkiqabağı yekun aksiyası keçirib.
Tədbirdə VMH Partiyasının lideri David Bakradze çıxış edib. O, çıxışında seçiciləri oktyabrın 8-də keçiriləcək parlament seçkilərində səs verməyə çağırıb.
Aksiyada dünən avtomobili partladılan VMH partiyasının lideri, Gürcüstan parlamentinin deputatı Givi Tarqamadze insidentlə bağlı fikirlərini açıqlayaraq hadisənin terror aktı olduğunu bildirib.
Tədbirdə sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı, Zuqdidi bölgəsindən parlament seçkilərində deputatlığa namizəd irəli sürülən Sandra Rulofs və digər partiya üzvləri çıxış ediblər. Sandra Rulofs çıxışında Mixail Saakaşvilinin Gürcüstana gəlişindən söhbət açıb. Onun sözlərinə görə, VMH partiyası yenə hakimiyyətə qayıdacaq: "Biz inkişaf prosesinə qayıdacaq və Gürcüstanı gücləndirəcəyik”.
Tədbirdə Mixail Saakaşvilinin video-müraciəti səsləndirilib. O, oktyabrın 8-də baş tutacaq parlament seçkilərini tarixi gün adlandırıb və seçkilərdə qələbə qazanacaqlarına ümid etdiyini qeyd edib.
M. Saakaşvili yekun aksiyada canlı şəkildə tədbir iştirakçılarına Gürcüstanın gələcəkdə inkişaf edəcəyini bildirib. Aksiyada işğal olunan torpaqlar barədə müxtəlif şüarlar qaldırılıb. Çıxışlar başa çatdıqdan aksiya iştirakçıları Gürcüstan parlamentinin Tiflisdəki binasınadək yürüş ediblər.
Vahid Milli Hərəkat Partiyasının lideri David Bakradze yüz minlərlə Gürcüstan vətəndaşlarının oktyabrın 8-də qələbə gözlədiklərini bildirib: "Seçkilərdə hamı dəyişiklik gözləyir. Gürcüstan irəliyə hərəkət etməlidir. Ölkəmizin iqtisadiyyatı inkişaf etməlidir. Yeni iş yerləri yaradılmalı, əhali, ailələr firavan həyat sürməlidir. Bu gün bütün seçicilər bunu gözləyir. Biz də bu seçkilərdə qələbəmizi gözləyirik. Bizimlə birlikdə yüz minlərlə Gürcüstan vətəndaşı da bu qələbəni gözləyir”.
APA
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Yasamalda gölü qurudub bina tikirlər: yerdən isə su fontan verir, sakinlər həyəcan təbili çalır - VİDEO
VHP Ali Məclisinə sədr seçilib