05-10-2016 [19:45]
"Aldığım dəqiq bilgiyə görə, ingilislər 2.5 aydır Türkiyənin cənub-şərqindəki bütün aşirətlərin ayağına gedir. Xüsusi ilə Hakkari, Van, Çatak, Silopi, Mardin bölgəsində böyük təsir gücü olan aşirətlərlə görüşürlər. Bunlarla bazarlıq edirlər. Topraq sahibi olaraq varlıqlarını sürdürən bu aşirətlərin banklara olan və yığılmış trilyonlarca liralık borclarını ödəyiblər. Bəli, aşirətlərin bütün kredit borçlarını ingilislər, İngiltərə son iki ayda qapadıb".
Mia.az xəbər verir ki, bu sensasion iddianı Türkiyənin tanınmış jurnalist-blogeri Zəkəriyə Tümər irəli sürüb.
O, "Ulusal Haber"dəki yazısında qeyd edib ki, bütün bunlar Türkiyə üzərində çox böyük oyun oynanmasına işarət olmaqla yanaşı, ikinci çevriliş olayına aparan ciddi xəbərdir:
"Axı, niyə soruşulmur ki, ingilis konsulunun aşirətlərin içində nə işi var? Niyə düz onların ayağına qədər gedirlər?! Baxın, PKK bunların maşınlarına "buyurun" deyir, rahat bıraxır, diğər maşınlara isə kimlik kontrolu tətbiq edir. Nədən?!".
Daha sonra jurnalist az əvvəl İngiltərənin yüksək tirajlı qəzetlərindən olan "Daily Express"də dərc olunan "Türkiyədə ikinci xaos ortamı gözlənilir. Bizim Kıprdıki hərbi bazamızdakı 10 min dəniz piyadamız Türkiyədə olan 50 min ingilisin can güvənliyi üçün Türkiyəyə girəcək. Türkiyədə təhlükəsiz bölgə quracağıq, vətəndaşlarımızı hava yolu ilə təxliyyə edəcəyik", - xəbərini də xatırladaraq, bunu ikinci çevrilişin daha bir siqnalı kimi dəyərləndirməyi vacib sayır:
"Bu ikinci çevrilişin əsas məqsədi işğal olacaq. Bu zaman inanılmaz bir xaos ortamı olacaq. Hər kəs ayağa qalxacaq və proses iş savaşa yönləndiriləcək. Bununla da istədikləri plan hayata keçiriləcək".
"Bəs, bu xaos necə olacaq" sualına isə jurnalist belə izahat verib:
"Dəqiq bilgim varr, HDP-lilərin çağrışıyla bir etiraz aksiyası təşkil olunacaq. Polisin, əsgərin işinə sızmış, hələ də üzə çıxarılmayan FETÖ üzvləri aksiyaçılara qaz əvəzinə, güllə yağdıracaq. Təxminlərə görə, bu hadisələri Şemdinli, Yüksekova, ya da Kızıltəpəd gerçəkləşdirməyə çalışacaqlar.
Burada 15-20 kişi açılan atəşlə öləcək. Bundan sonra bölgədə İngilis konsulunun gizli və açıq ziyarət edib, borclarını ödədikləri aşirət rəisləri dövriyə girib, xalqı küçələrə tökəcəklər. Ölkənin qərbində isə fitili 4-5 nöqtədə sensasiya yaradacaq böyük partlamalarla başlayacaqlar . Bunu ya PKK, ya da IŞİD edəcək. Yenə eyni zamanda sui-qəsdlərlə ortamı daha da çıxılmaz hala gətirməyi planlayırlar.
Bununla da hər kəsi ayağa qaldırıb, iş savaşı daha da qızışdıracaqlarını hədəfləyiblər. Hətta həbsxanalarda da eyni anda üsyanlar başlayacaq.
Bildiyimə görə, yaxın həftələrə qədər rahat şəkildə etirafçılılq edən FETÖ üzvləri də artıq istintaqla əvvəlki kimi davranmırlar. Tam əksinə, içəridə olsalar da, simalarına yeni inam, cəsarət gəlib. Onların hətta həbsxanadakı məhbuslarla yanaşı, jandarma qüvvələri ilə də ciddi iş apardıqları haqda da informasiyaları boş buraxmaq olmaz...".
Jurnalist sonda bu xəbərdarlıqlarının Türkiyə hökumətinin ciddiyə almasının vacibliyini dönə-dönə vurğulayıb...
Mia.az
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Yasamalda gölü qurudub bina tikirlər: yerdən isə su fontan verir, sakinlər həyəcan təbili çalır - VİDEO
VHP Ali Məclisinə sədr seçilib