BMT-nın "5-lər"inə qarşı "veto" qadağası çağırışına - Rəsmi Moskvadan cavab gəldi

img

04-10-2016 [21:39]


BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn Rusiya başda olmaqla qurumun Təhlükəsizlik Şurasının daimi üzvlərinin «veto» hüququnun məhdudlaşdırılmasını təklif edib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, ali komissar bildirib ki, Rusiya bu hüqüqdan sui-istifadə edir.

Hərbi cinayətlərdən, soyqırımdan və insanlıq əleyhinə cinayətlərdən söhbət gedəndə bu hüququn mütləq məhdudlaşdırılmalı olduğunu deyən Zeyd Raad əl-Hüseyn nümunə olaraq Rusiyanın adını çəkib.

 Bildirib ki, hazırda Suriyanın Hələb şəhəri Rusiya və Bəşər Əsəd qüvvələri tərəfindən bombardman edilir: «Bu, son 5 ildə ən intensiv hava zərbələridir».

Qeyd edək ki, BMT TŞ üzvləri arasında Suriyanın hazırkı hökumətini dəstəkləyən yeganə ölkə Rusiyadır. ABŞ, Britaniya, Fransa və Çin kimi, Rusiyanın da «veto» hüququ var.

Ali komissarın məlum təklifinə Kremldən operativ cavab gəlib. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Moskavanın «veto» ilə bağlı təklifə mənfi yanaşdığını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA