“Bir terrorçu 14 ildir 400 bölgədə özünə səltənət qurub” – Ərdoğan

img

03-10-2016 [20:25]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenə ABŞ-ın Fətullah Güləni təhvil verməməsi haqda danışıb.

Ərdoğan Elm və Texnologiya konfransında çıxış edərkən Gülənin bütün ölkələr üçün təhlükəli olduğunu deyib.

"Gülən hər ölkə üçün təhlükəlidir. Mən bunu prezidentlərə də deyirəm, ancaq başa düşmürlər. Başda Amerika olmaqla... 

ABŞ bizdən kimisə istəyəndə həmin an paketə qoyub göndəririk, amma təəssüf ki, strateji tərəfdaşımızdan bu jesti görmürük. Bir terrorçu 14 ildir 400 bölgədə özünə səltənət qurub, siz isə onu bizə təslim etmirsiniz”, - deyə prezident növbəti dəfə ABŞ-a ismarış göndərib.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA