FHN tədarük etdiyi buğdanın qiymətini qaldırdı

img

14-09-2016 [11:56]


Fövqəladə Hallar Nazirliyi buğda qəbulu ilə bağlı növbəti dəfə məlumat yayıb.

Mia.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 iyun 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib: Əlavə olaraq bildiririk ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 AZN-dən 280 AZN-ə qaldırılmışdır. Həmçinin, bir daha xatırladırıq ki, buğdanın tədarükü 1 noyabr 2016-cı il tarixinədək davam edəcək”.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə "112” qaynar xəttinə müraciət etmək olar.



Digər xəbərlər
SON XƏBƏRLƏR