“Region gənclərinin narkomaniyaya qarşı mübarizədə ictimai fəallığının artırılması” layihəsi başa çatdı - FOTO

img

08-09-2016 [12:09]


"Mərkəzi Aranda Regional İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Region gənclərinin narkomaniyaya qarşı mübarizədə ictimai fəallığının artırılması” adlı layihəsi uğurla yekunlaşıb.

İctimai Birliydən Mia.az-a verilən məlumata görə, layihə çərçivəsində Sabirabad rayonunda orta ümumtəhsil məktəblərində məktəblilərlə görüşlər, təlimlər və gənclərin bu mövzuda özlərinin fantaziyalarından ibarət rəsm sərgisi keçirilib.

Layihənin məqsədi Azərbaycanın regionlarında (Sabirabad rayonunda) insanların sağlam həyat tərzi uğrunda narkomaniya, HİV/AİDS-in yayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, insanların mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, onlarda narkomaniyaya qarşı hisslərin oyadılması, təbliğat işinin aparılması, insanların maarifləndirilməsi, onlara məlumatların verilməsi və maarifləndirici bukletlərin paylanılmasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 13.05.2025

Sabah yağış yağacaq