02-09-2016 [18:39]
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev eksklüziv müsahibə verib.
Mia.az "Trend”ə istinadən həmin müsahibəni təqdim edir:
- Sentyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə "Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq bloku dənizə yola salınmışdır. "Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir və Cənub Qaz Dəhlizi üçün əsas qaz mənbəyi kimi nəzərdə tutulur. Sizcə, "Şahdəniz” qazı Azərbaycan iqtisadiyyatına yeni bir təkan verəcəkmi?
- "Şahdəniz-2” ən perspektivli layihələrimizdən biridir. 2018-2019-cu illərdən etibarən Cənub Qaz Dəhlizi Azərbaycana on milyardlarla xalis mənfəət gətirəcək. 1,2 trilyon m³ civarında təbii qaz və 2,2 milyard barrel kondensat ehtiyatları olan nəhəng "Şahdəniz” yatağının işlənməsi təbii qazın ixracını artıracaq, habelə qaz və neft emalı sənayesinə təkan verəcək. "Şahdəniz”, Cənub Qaz Dəhlizi, SOCAR Polymer, STAR zavodu və digər nəhəng layihələrimizlə biz bu gün neft və qaz sənayesində yeni bir dövrün astanasındayıq.
- Bu gün dünyada, o cümlədən Azərbaycanda, neft sənayesi böhran keçirir. Bu böhran neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlıdır. Böyük neft və qaz şirkətləri öz investisiyalarını kəskin surətdə azaltmağa məcbur oldular. Belə bir mürəkkəb konyunktur şəraitində SOCAR iştirak etdiyi layihələri necə maliyyələşdirir? Və ümumiyyətlə hazırki şəraitdə SOCAR-ın yatırdığı sərmayələrin gəlirliyi necə görünür?
- Düz qeyd etdiniz ki, neft şirkətləri ümumilikdə hasilata qoyulan sərmayələrini azaltmışlar. Lakin SOCAR öz sərmayələrini əvvəldən müxtəlif sahələrə yönəltmişdir. Hələ xam neftin qiyməti yüksək olduğu dövrdə biz investisiyalarımızı şaxələndirməyə qərar verdik. Onda neft şirkətləri əsasən neft hasilatına, hətta işlənməsi çox baha başa gələn yataqlara sərmayə qoymağa üstünlük verirdilər. Biz isə, formalaşdırılmış strategiyamıza uyğun olaraq, hasilatla yanaşı, həm də qaz və neftin emalı, nəqli və satışı üçün nəzərdə tutulan layihələrə sərmayələr qoyduq və bununla investisiya portfelimizi şaxələndirdik. Risklərin azaldılması və səmərəliliyin artırılması üçün biz müxtəlif ölkələrin bazarlarına üz tutub yeni bazarları kəşf etməyə başladıq. Əsas layihələrimiz başa çatandan sonra hər kəs bu strategiyanın bəhrələrini görəcək, çünki bununla gəlirlərimizin sabitliyi və davamlılığı təmin olunacaq.
Hazırda xam neft əvvəlki dövrlə müqayisədə çox aşağı qiymətə satılır. Lakin bunun müqabilində neft və qaz emalının gəlirliyi artmışdır. Sizə bir misal gətirim: Türkiyədə müstəqil Akyatırım təhlilində SOCAR-a məxsus olan Petkim şirkəti üçün 2016-cı il üzrə faiz, vergi və amortizasiyadan əvvəl hesablanan EBİTDA gəlirinin proqnozu 498 milyon TL-dən 628 milyon TL-yə qədər qaldırılmışdır. Petkim bu gün artıq Türkiyənin ən mühüm neft-kimya şirkətidir. Akyatırım 2016-2019-cu illərdə Petkim üçün illik 10% EBİTDA gəlir artımını proqnozlaşdırır və bu proqnozu məhz SOCAR-ın Petkimə qoyduğu sərmayələrlə əlaqələndirir.
2015-ci ildə SOCAR Türkiyə səhmlərinin bir payının "Goldman Sachs" tərəfindən 1,3 milyard ABŞ dollarına alınması da öz-özlüyündə SOCAR-ın Türkiyədəki aktivlərinin dəyər artımından xəbər verir.
Türkiyə və digər strateji bazarları kəşf etmək üçün əldə etdiyimiz gəlirləri STAR zavodu, Petlim limanı və s. kimi nəhəng layihələrimizə sərmayə qoyuruq. Sözügedən layihələr başa çatandan sonra xalis mənfəətin artması labüddür, çünki onda bu layihələr artıq gəlir gətirməyə başlayacaq. Düzgün investisiya strategiyasının nəticəsidir ki, 2007-2015-ci illər arasında SOCAR-ın ümumi aktivlərinin dəyəri 9 milyard manatdan təqribən 40 milyard manata qədər artmışdır.
- SOCAR-ın xaricdə qoyulan sərmayələrinin gəlirliyi aydın görünür. Lakin hazırda Azərbaycan iqtisadiyyatı neftin qiyməti düşəndən sonra özünün çətin günlərini yaşayır. Ölkə ictimaiyyəti ölkədə davamlı iş yerlərinin artırılmasına ümid edir. Hökümət də bu istiqamətdə mühüm addımlar atmağa qərarlı olduğunu dəfələrlə ifadə etmişdir. SOCAR Azərbaycanda iş yerlərinin sayına görə şirkətlər arasında öndədir. SOCAR-ın inkişaf strategiyasında məhz Azərbaycan üçün nəzərdə tutulan layihələr nə dərəcədə səmərəlidir?
- SOCAR-ın strateji missiyası təyin ediləndə ökəmizin yanacaq-enerji təhlükəsizliyinin təmin olunması, neft-qaz emalı sənayesinin inkişafı kimi məsələlər onun tərkibində mühüm yer almışdır. Buna görə, Azərbaycanda neft və qazın hasilatı, nəqli və neft-qaz emalı sənayesinin inkişaf etdirilməsi strateji inkişaf planımızda əzəldən əsas yer tutur.
Bu sahədə görüləcək işlər çoxdur. Bu gün Azərbaycan yalnız aşağı sıxlıqlı polietilen ixrac edə bilir. Yüksək sıxlıqlı polietilen ölkəmizə idxal olunur. SOCAR Polimer zavodunun inşası başa çatandan sonra biz yüksək sıxlıqlı polietilenin ixracatçısına çevriləcəyik. Bu layihənin icrası nəticəsində ölkənin idxalı azaldılacaq, ixracı artırılacaqdır. Bunu qeyd etmək kifayətdir ki, hesablamalara görə, SOCAR Polimer ümumilikdə 10-11 milyard ABŞ dolları həcmində gəlir gətirəcək – bunun 30%-i xalis mənfəət kimi proqnozlaşdırılır. Bundan əlavə, SOCAR Polimer tərəfindən Azərbaycanın dövlət büdcəsinə birbaşa 1,5 milyard ABŞ dolları həcmində müxtəlif vergilər ödəniləcək. Bu layihə ilə yanaşı, Azərbaycanda SOCAR Karbamid, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası, nəhəng Kimya və Qaz Emalı Kompleksinin tikilməsi gündəmdədir. Ən mühüm layihələr üzrə artıq mühüm işlər görülür. "Şahdəniz-2” layihəsi hətta plandan əvvəl irəliləyir – artıq layihənin 80%-nə yaxın hissəsi tamamlanmışdır. Digər kəşfiyyat-hasilat layihələri də inkişaf etməkdədir. "Abşeron”, "Ümid”, "Babək” və s. kimi layihələri buna misal gətirmək olar.
Beləliklə, biz hazırda bir növ keçid mərhələsindəyik və neft-qaz sənayesində yeni dövrün astanasındayıq. Yeni layihələr gəlirlərimizin sabit artım təmayülünə təkan verəcək. Belə ki, son 7 ildə faiz, vergi və amortizasiyadan əvvəl hesablanan illik gəlirimiz (EBİTDA) 2 dəfə artmışdır. Hazırda cari gəlirlərimizi investisiya layihələrimizə yönəldirik. Bu layihələr tamamlanandan sonra Azərbaycana milyardlarla əlavə sabit gəlir gətirəcəyi nəzərdə tutulur.
- Bununla belə, həyata keçirdiyiniz layihələrin həcmi də böyükdür. Cari gəlirləriniz bütün bu nəhəng layihələri maliyyələşdirməyə imkan verirmi?
- SOCAR-ın cəmi kapitalı 2007-ci ildən bəri 2 dəfəyə yaxın artmışdır. Bunu da nəzərə almaq lazımdır ki, böyük layihələrdə SOCAR tək deyil - tərəfdaş şirkətlər layihələrin maliyyələşməsində mühüm rol oynayırlar.
Son illərdə maliyyə bazarlarında əldə etdiyimiz nailiyyətlər bizə uzunmüddətli və münasib şərtlərlə kənardan maliyyə vəsaitlərini cəlb etməyə imkan verir. Bunun nəticəsində SOCAR çoxsaylı investisiya layihələrini həyata keçirməklə yanaşı, həm də Azərbaycan dövləti qarşısında olan maliyyə öhdəliklərini yerinə yetirə bilir.
- Həqiqətən də, keçmişdə sərmayələri bütövlüklə neft hasilatına qoymaq daha əlverişli görünürdüsə, yaxın gələcək üçün sərmayələrin şaxələndirilməsi daha effektli görünür. Sirr deyilsə, bu idrakın əsasında duran, ümumiyyətlə, SOCAR-ın aparıcı qüvvəsi kimlərdir?
- SOCAR-ın aparıcı qüvvəsi mədən və digər sahələrdə işləyən neftçilərimizdir. Siz, yəqin ki, rəhbər heyətini nəzərdə tutursunuz, amma şirkətin rəhbər işçiləri də əsasən karyeralarına sıravi neftçilər kimi başlamışlar.
Bəzi şirkətlərdə olur ki, qeyri-peşəkar səhmdarlar idarəçilik işlərinə müdaxilə edəndə səmərəsiz qərarlar verilir. SOCAR-ın səhmdarı isə Azərbaycan dövlətidir. İşlərimizin səmərəliliyində ən mühüm amillərdən biri budur ki, dövlət başçısı cənab İlham Əliyev özü keçmişdə şirkətin rəhbər heyətində çalışmışdır. Prezident İlham Əliyev şirkətin cari işləri və inkişaf strategiyasını yaxından izləyir və istiqamətləndirir. SOCAR-ın nailiyyətləri və gələcək perspektivlərinin əsasını mən bu iki faktorda görürəm: dövlət başçısının səriştəli və uzaqgörən strateji qərarlarında və neftçilərimizin çalışqanlığında.
Jurnalistlər Birliyinin sədri 20 yaşlı qızı zorlamada ittiham olunur - Polis axtarışa verib
"Fənərbağça"nın prezidentinin oğlu qəza keçirib
"Adım Farah" serialının ilk fraqmentləri yayıldı - VİDEO
DİN başçısının "Çək, çirkli əllərini Türkiyədən" dediyi an ABŞ səfiri savaş gəmisində göründü - ABŞ-ın nəhəng hərbi gəmisi İstanbulda niyə lövbər salıb?
MSK bu tarixdə iclas keçirəcək
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı, ölənlər var
Daha 11 obyektdə nöqsanalr aşkarlandı - SİYAHI
İlham Rəhimovdan körpə Bünyaminə jest - FOTO
Bu Agentliyin yanında İctimai Şuraya seçkilər keçiriləcək
Bahçelinin evində bir saatdan çox sürən görüş: Ərdoğan daha iki partiyanı yanına çəkmək istəyir
Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək
Şəhid Orxan Əsgərov və səfirliyimizin qorunmasında böyük xidməti olan daha iki nəfər təltif olundu - SƏRƏNCAM
Məşhur teleaparıcı Metin Uca sərbəst buraxılıb
LAÇIN YOLUNDAKI AKSİYANIN 54-cü GÜNÜ: ekoloji terrora qarşı etiraz davam edir (Yenilənir)
"Qalatasaray" - "Trabzonspor" derbisinin hakimi bəlli oldu
Ceyhun Bayramov Macarıstanın xarici işlər naziri ilə görüşüb - Açıqlama (Yenilənib)
Prezident İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib - FOTO
Kamal Kılıçdaroğlu: "Namizədliyim üçün hamı razılıq verməlidir"
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
29 yaşlı gənc niyə ölüb? - DİN-dən açıqlama
Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında: "Hər ölkə öz ərazisində üzərinə düşən işləri icra edəcək" - VİDEO/Yenilənir
Prezident milli teatrla bağlı sərəncam verdi
"Şahmaran"ın sevilən aktyoru sevgilisindən ayrıldı - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Şarl Mişel Kiyevə gedib
Səfər Mehdiyevin xalası oğlu vəzifədən azad edilib
Rüşvətə görə tutulan professoru məhkəmə buraxdı - Dekan kimin qohumudur? (Yenilənib)
Lənkəranda geniş əməliyyat: bu şəxslər tutuldu - TƏFƏRRÜAT (FOTO)
Rumıniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
İlham Əliyev Fəxrəddin İsmayılova yeni səlahiyyət verdi - Sərəncam
CHP lideri istefaya məcbur edilən Akşenerin müavininə zəng etdi: "İstefanı mən istəmədim..."
Xaricdə oxumuş daha 54 nəfərin diplomu tanınmayb
Azərbaycan nefti daha 3 dollara yaxın ucuzlaşdı
19 nəfərə elmi, 2 nəfərə isə professor elmi dərəcə adı verilməsindən imtina edilib, 7 nəfərə isə dosent...
TÜRKİYƏ MAFİYASININ LİDERİNDƏN "6-lı MASA"ya AÇIQ MESAJ: "... Dosyeləri açmağa hazıram" - "Cumhur ittifaqı"na sürpriz hazırlanır?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Energetika naziri ABŞ Dövlət katibinin nümayəndəsi ilə görüşüb
Çin: "NATO öz işi ilə məşğul olmalıdır" - "Pekin bu bölgədə qarşıdurma istəmir, heç bir gücə də sabitliyi pozmağa imkan verməyəcək"
Moldova XİN Lavrovun çıxışı ilə bağlı bəyanat yayıb
LAÇIN YOLUNDAKI AKSİYANIN 53-cü GÜNÜ: bu gün daha 7 maşında erməni ailələr Ermənistana gedib (Yenilənib)
"Feysbuk"dakı saxta hesaba görə məşhur modelyer saxlanılıb