Şou-biznesin güclü və zəifləri... - Siyahı

img

13-04-2016 [12:44]


Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri də müğənnilərin səslərinin neçə oktava olmasıdır.

"Qafqazinfo”nun məlumatına görə, yerli ifaçıların səsi 2, bəzi hallarda isə 3 oktava olur. 2-3 oktavadan aşağı olan səslər zəif, xırıltılı, çox olan səslər isə zil və bir növ qışqırığı xatırladır.

Ancaq Azərbaycada 3 oktava səsə sahib estrada müğənnilərinə rast gəlmək qeyri-mümkündür.

Yerli məşhurların əksəriyyəti 1 oktava səs gücünə malikdir.

Dünya ulduzları sırasında isə ən yüksək oktavalı səsAdam LopezvəCorcia Braunaaid olub ( 6 oktava). Elə hər iki müğənni "Ginnesin rekordlar kitabı”na düşüb.

Oktava nədir?

Bir notun 7 not incələrək alındığı nota qədərki bölümə bir oktava deyilir. Məsələn, qalın "Do”dan incə "Do”ya qədərki 8 notluq səslər bir oktavadır. Səslər isə oktava seksta və oktava tersiya olur. Oktava 13 notdursa, tersiya 4-5, seksta isə 9-10 not olur.

Yerli müğənnilərin əksəriyyəti isə səslərinin neçə oktava olması barədə məlumatsızdır. Hətta, şou-biznes nümayəndələri sırasında səs gücünün 7-8 oktava olduğunu söylənlərlə də rastlaşmışık.

Bəs Azərbaycan ulduzlarının neçə oktava səsi var?

"Qafqazinfo” mövzü ilə bağlı bəstəkarNailə Məmmədliilə əlaqə saxlayıb.

Bəstəkar ona təqdim etdiyimiz siyahı üzrə ən çox və ən az səs imkanlarına sahib müğənnilərin adlarını sıralayıb.

1. Flora Kərimova ( həm estrada, həm də vokal) – 2 oktava və artıq...

2. Brilliant Dadaşova (həm bəm, həm də zil) - 2 oktava

3. Teymur Əmrah – 2 oktava

4. Abbas Bağırov ( işlək səs deyil) – 2 oktavaya yaxın.

5. Zülfiyyə Xanbabayeva - 1 oktava tersiya

6. Faiq Ağayev – 1 oktava seksta

7. Röya Ayxan (bəmi var) - 1 oktava seksta

8. Aygün Kazımova (həm bəm, həm də zil) - 1 oktava seksta

9. Zamiq Hüseynov -1 oktava tersiya

10. Natavan Həbibi – (həm falset, həm də vokal. İşlək səsdi. ) – 1 oktava seksta

11. Xatirə İslam – 1 oktava seksta

12. Samir Bağırov ( bəmləri var) – 1 oktava tersiya

13. Tünzalə Ağayeva – 1 oktava tersiya


Digər xəbərlər
SON XƏBƏRLƏR