Əlikram Bayramovu Hollandiyaya toya aparıb aldatdılar - Açıqlama

img

01-04-2016 [15:03]


"Məni Fərda Xudaverdiyevlə Müşviq Şahverdiyev aldadıblar".

Mia.az bildirir ki, tanınmış müğənni Əlikram Bayramov unikal.org-a 1 aprellə bağlı başına gələn olaydan danışıb. Ə.Bayramov bildirib ki, keçən il yox, əvvəlki il baş verən hadisədən sonra Fərda və Müşviqlə dalaşıb: "Mənə dedilər ki, saat 9-da aeroportda ol, Hollandiyaya toya gedirik. Sintezator və saz ifaçıları da mənimlə birgə idilər. Tam hazır vəziyyətdə səhər saat 9-dan 12-yə qədər gözlədim. Bunlar gəlib çıxmadılar. Dəfələrlə zəng etdim, telefona cavab vermədilər. Saat 12-də zəngimə cavab verdilər ki, bu gün aprelin biridir, zarafat etmişik. Buna görə münasibətlərimiz də pisləşdi. Mən o vaxtdan onları aldada bilməmişəm. Hava limanında olan dostlarım soruşurlar ki, nə məsələdir? Deyirəm Hollandiyaya toya gedirəm. 38 manat da çay pulu verdim. Evdəkilər soruşdular - nə oldu,niyə getmədin?Dedim, təyyarə uçmadı".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR